Həbs olunan Rəqsanədən xəbər var
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.
"Qafqazinfo”nun məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.
Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir. Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.
Baxış sayı:165
Bu xəbər 18 Avqust 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















