Həbs qərarı çıxarılan sabiq nazirin xarici səfəri başlayır
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qərarı çıxardığı İsrailin keçmiş müdafiə naziri Yoav Qallant gələn həftə ABŞ-a gedəcək.
Reyting.az xarici mətbuata istinadla bildirir ki, aylardır Qəzzada hücum planlarını təsdiqləyən, qırğınlar əmrini verən və bu səbəblərdən Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs qərarı verdiyi Yoav Qallant dekabrın 1-də Vaşinqtona səfər edəcək.
Qallantın Ağ ev və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşəcəyi bildirilir. Bu, BCM onun barəsində həbs qərarı çıxardıqdan sonra Qallantın xaricə ilk səfəri olacaq.
Qallantın ABŞ-a getməyi planlaşdırdığı tarix də olduqca əhəmiyyətlidir.
Xatırladaq ki, BCM-nin həbs qərarına reaksiya verən ABŞ sözügedən qərarları icra etməyəcəyini açıqlayıb. Həbs qərarından sonra tələsik ABŞ-a gedən Qallantın Vaşinqton rəhbərliyi tərəfindən həbs olunmayacağı da diqqətdən yayınmayıb.
Qeyd edək ki, Qallant noyabrın 5-də uzun müddətdir anlaşmazlıq içində olduğu baş nazir Benyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Haqqında həbs qərarı çıxarılan Netanyahu Avropaya səfər edib Orbanla görüşüb
03 Aprel 2025 11:41
İcra hakimiyyətinin işdən çıxarılan əməkdaşı həbs olundu
24 Yanvar 2025 14:41
Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi
14 Mart 2025 22:15
İşdən çıxarılan səfir və sabiq nazir müavini həbs edilə bilər Şok mənimsəmə
17 Dekabr 2024 07:01
Netanyahudan haqqında çıxarılan həbs qərarına ilk reaksiya: Boyun əyməyəcəyik
21 Noyabr 2024 23:03
Baxış sayı:96
Bu xəbər 26 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















