Icma.az
close
up
RU
Həbs qətimkan tədbiri nədir? maarifləndirici yazı

Həbs qətimkan tədbiri nədir? maarifləndirici yazı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Cinayət hüquq sahəsində isə terminoloji qeyri-dəqiqliyinin insan taleyini həll edə biləcək qədər rolu var. Bu sahədə aktiv müzakirələrə səbəb olan özündə fərqli məqsədlər daşıyan hüquqi anlayışlardan biri də həbsidir.

Modern.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətinin yaydığı maarifləndirici mətndə deyilir. 

Bildirilib ki, həbsin mahiyyəti azadlığın məhdudlaşdırılmasından ibarət olmaqla başlanmış araşdırmanın müxtəlif mərhələrində qəbul edilə bilər. Bu zaman qəbul edildiyi mərhələdən asılı olaraq belə qərarın qəbul edilməsi əsasları, məqsədləri, müddətləri, dəyişdirilməsi imkanları fərqlənir.

Hər bir halda həbs qərarı yalnız məhkəmə tərəfəndən qəbul edilir, bu isə tədbirin insanın azadlığının məhdudlaşdırılması ilə bağlı olmasıdır. 

Baş vermiş hadisəyə hüquqi reaksiya müvafiq qaydada onu qeydə alınmasından və qanun çərçivəsində ardıcıl qərarların qəbul edilməsindən ibarətdir. Vacib olan məsələ isə hadisəni törətmiş və ya törədilməsinə səbəb olmuş şəxsin müəyyən edilməsidir. Belə şəxs müəyyən olunduğu təqdirdə onun törədilən hadisəyə və aparılan araşdırmaya münasibətini, araşdırmaya təsir etmək və ya daha ciddi təhlükə törətmək, qaçıb-qizlənmək, sübutları məhv etmək və sair qanunsuz hərəkətlər etmək imkanlarını nəzərə alaraq həmin şəxs nəzarət altına götürülməsi məqsədi ilə fəaliyyətinin müəyyən müddətə müvvəqqəti məhdudlaşdırılması üçün həbs edilir. 
Bu zaman nəzərə almaq lazımdır ki, müvvəqqəti olaraq cəmiyyətdən kənarlaşdırma tədbiri kimi həbs cəzə məqsədini daşımır.

Şəxs barəsində araşdırma yekunlaşdıqdan sonra hadisəni onun törətməsinə dair sübutlarla iş məhkəməyə verilib, həmin sübutların mötəbər, qanuni, əsaslı olması araşdırılaraq şəxsin təqsirin dərəcəsindən asılı olaraq ona cəza təyin edilir. Təyin edilmiş cəza azadlıqdan məhrum edilməsi barədə olduqda həbs edilməklə cəmiyyətdən kənarlaşdırılmış şəxs bu dəfə çıxarılmış hökmün icra edilməsi üçün həbs edilir. 
Bu zaman həbs edilmənin məqsədi cəzanı icra etmək məqsədini daşıyır və artıq şəxsi cəmiyyətdən kənarlaşdırmaq deyil, cəmiyyətdən təcrid etmək üçün seçilir. 
Beləliklə, həbs tədbiri ibtidai istintaq və məhkəmə araşdırması mərhələsində məhkəmə tərəfindən qəbul edilir.
Qəbul edilmə mərhələsinə görə məqsədi- şəxsi ibtidai araşdırma mərhələsində-cəmiyyətdən müvvəqqəti kənarlaşdırmaq, məhkəmə mərhələsində isə məhkəmənin təyin etdiyi cəzanın icrasını təmin etmək, cəmiyyətdən təcrid etməkdir.

Qeyd olunmalıdır ki, həbsin qəbul edilmə mərhələləri və məqsədləri arasında fərqlərin olması ibtidai araşdırma zamanı qəbul edilmiş həbslə məhkəmə araşdırılmasının yekununda cəzanın icrası üçün qəbul edilmiş həbsin arasında heç bir əlaqə mövcud deyil. 

Yəni ibtidai araşdırma mərhələsində şəxsin həbs edilməməsi məhkəmə araşdırması nəticəsində təqsiri sübuta yetirilməklə barəsində azadlıqdan məhrum edilmə cəzası təyin edilmiş şəxsin həbs edilməyəcəyinə səbəb ola bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 02:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri