Həbs təhlükəsi ilə üzləşən Jerar Depardye Rusiyaya köçmək istəyir
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur fransız aktyor Jerar Depardye Fransadakı məhkəmə işləri ucbatından Rusiyaya köçməyi planlaşdırır.
Tribunainfo.az xəbər verir ki, bu haqda “Metro” artistin yaxınlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Depardye artıq rus dilini öyrənməyə başlayıb və gələcəkdə Rusiya istehsalı olan filmlərə çəkilməyi hədəfləyib.
Aktyor agentinə ən yaxşı rusiyalı rejissorlarla əlaqə qurmağı tapşırıb və Rus çarı rolunu oynamaq istədiyini bildirib.
Qeyd edək ki, martın 25-də Paris məhkəməsində Depardyeya qarşı cinsi təcavüz ittihamı ilə proses başlayıb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə aktyoru beş ilə qədər həbs cəzası gözləyir.

Jerar Depardye Rusiyaya köçür?
02 Aprel 2025 13:21
Jerar Depardye barəsində həbs qərarı verildi
13 May 2025 15:05
Jerar Depardye yeni filmə çəkilir
03 May 2025 10:08
Məhkəmə Jerar Depardye barədə qərar verib
14 May 2025 08:38
Jerar Depardye iki qadına qarşı təcavüzdə təqsirli bilinib
13 May 2025 14:59

