Icma.az
close
up
RU
Həbsdə olan eks bələdiyyə sədri və bacısı qərardan şikayətçidir KONKRET

Həbsdə olan eks bələdiyyə sədri və bacısı qərardan şikayətçidir KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin Hafiz Nəsibovun sədrliyi ilə araşdırılır.

Qeyd: Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılmışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxsin mülki iddiasına aid hissədə dəyişdirilib. Zərərçəkmiş şəxsə vurulmuş 189 500 manat ziyan, 494 manat dövlət rüsumu və 5 000 manat mənəvi ziyanın – ümumilikdə 194 994 manat müştərək qaydada təqsirləndirilən şəxslərdən zərərçəkmişin xeyrinə tutulması barədə qərar qəbul edilib. Hökm qalan hissələrdə apellyasiya şikayətlərinə və əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılıb.

Xatırlatma: Bir müddət əvvəl Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İlknur Turkuta hökm oxunub. Hazırda həbsdə olan İlknur Turkutun cəzası birləşdirilib və o, qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İlknur Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri