Həbsdə olan ər arvad hoteldə görüşdülər, qadının meyiti tapıldı
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbulun Bahçelievler səmtindəki bir hotel otağında 22 bıçaq zərbəsi ilə qətlə yetirilən 28 yaşlı və üç uşaq anası Yonca Kölgenin ölümü ilə bağlı istintaq başa çatıb.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, prokurorluq Kölgenin dini nikahda olduğu əri Salih Binici üçün ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.
Hadisə aprelin 3-də, saat 19:25 radələrində Şirinevler məhəlləsindəki bir hoteldə baş verib. İddiaya görə, Salih Binici və Yonca Kölge saat 13:30 radələrində hotelə birlikdə daxil olublar.
Daha sonra, Salih Binici hoteldən təkbaşına ayrılıb. Bir neçə saat ərzində Yonca Kölge ilə əlaqə saxlaya bilməyən qohumu polisə məlumat verib. Araşdırma nəticəsində polis qrupları Kölgenin qaldığı hoteli müəyyən edib. Hadisə yerinə gələn polis və tibb briqadaları Kölgenin cəsədini hotel otağında aşkar ediblər.
İstintaq qrupları otağa baxış keçirən zaman Kölgenin bıçaqlandığını müəyyən ediblər.
Müdafiə çıxışında təqsirləndirilən şəxs Binici bildirib ki, o, cəza çəkdiyi həbsxanadan martın 26-da müvəqqəti icazə ilə (məzuniyyətlə) buraxılıb. O, mərhumun dini nikahdakı həyat yoldaşı olduğunu və üç övladlarının olduğunu qeyd edib. Binici izah edib ki, mərhum Kölge də 29 mart tarixində nəzarət altında şərti azadlığa buraxılıbmış. O, hadisə günü Kölgenin ona zəng etməsindən sonra görüşdüklərini, uşaqlarına baxım müəssisəsində baş çəkdiklərini və daha sonra hotelə getməzdən əvvəl spirtli içki aldıqlarını danışıb. O, telefonun dayanmadan zəng çalmasından narahat olduğu üçün onu mərhumun əlindən alıb pəncərədən atdığını bildirib. Binici iddia ediv ki, Kölge belindən bıçaq çıxararaq "Məni burax, yoxsa səni bıçaqlayaram" deyib.
İttiham aktında Kölgenin bədənində kəsici-deşici alətlə vurulmuş 22 zərbə izinin aşkarlandığı qeyd olunub. Prokurorlar Salih Binici üçün "qadını amansız hisslərlə və ya əziyyət verərək qəsdən öldürmə" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb ediblər.
İttiham aktı Bakırköy 17-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















