Həbsdə olan icra başçısının maşınları ucuz qiymətə satılır
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.
Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.
İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq.
Əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən “BMW” isə 5750 manat aşağı - 17250 manata düşüb.
V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız biri - “Bentley Continental GT”ya alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 min 500 endirimlə - 58 min 500 manata satılıb.
Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox idi-red) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, “BMW”ni həyat yoldaşı Cülyetta İbrahimova sürürdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:234
Bu xəbər 18 May 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















