Icma.az
close
up
RU
Həbsdə olan Narkoloji Mərkəz rəhbərləri ifadə verdi KONKRET

Həbsdə olan Narkoloji Mərkəz rəhbərləri ifadə verdi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: “Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat cərimə edilmişəm. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində vəsait yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi “hörmət”dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə “hörmət” edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm”.

Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.

O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: “Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pul götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb”.

O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: “Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə yetirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyanın üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm”.

Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun elə bir səlahiyyəti olmayıb, bu işlərə Səhiyyə Nazirliyi baxır.

Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: “Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan vurub, nəsə edibsə, bunu əlbəttə, biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq, bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək”.

O bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: “Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də pnevmaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə, psixotrop – asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox idi. Onu da biz ödəyirdik”.

Elşən Mustafayevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin işlədiyi dövrdə çatışmazlıqlarla əlaqədar TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra prosesdə sənədlər tədqiq edilib.

Növbəti proses sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri