Icma.az
close
up
RU
Həbsdə öldürülməsi xəbəri doğru deyil ŞƏRH

Həbsdə öldürülməsi xəbəri doğru deyil ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"Pakistanın sabiq baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunurdu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.Turan Rzayev sözlərinə belə davam edib: "Belə ki, Xanın bacıları – Norin Xan, Alima Xan və Uzma Xan – 2023-cü ildən həbsdə olan qardaşları ilə görüş tələb etmək üçün Pakistan Təhrik-e-İnsaf (PTI) partiyasının tərəfdarları ilə birlikdə etirazlarını bildiriblər. Lakin həbsxananın qarşısında toplanan partiya tərəfdarları polislərin hücumuna məruz qaldıqlarını deyiblər. İmran Xanla görüşə isə ümumiyyətlə icazə verilməyib.“İslamabad Post” qəzeti Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının sabiq baş nazirin saxlanıldığı Adiala həbsxanasına girməyə cəhd etdiyini, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələrin isə əsassız olduğunu yazıb. Eyni zamanda, həbsxana rəhbərliyi də onun başqa yerə köçürülməsinə dair məlumatları təkzib edib.İmran Xanın həbsdə öldürülməsi xəbərinin həqiqəti əks etdirmədiyi az-çox bəlli idi. Doğrudur, Pakistan tarixində nüfuzlu siyasi liderlərin müəmmalı şəkildə aradan götürülməsi halı ilk dəfə deyil. Məsələn, 2007-ci ildə keçmiş baş nazir Benazir Bhuttonun mitinq zamanı qətlə yetirilməsi ölkəni uzun müddət dərin siyasi böhrana sürükləmişdi. Nəticə etibarilə, İmran Xanın öldürülməsi də təccüblü olmazdı.İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb. Lakin Xan həbsdə olsa belə, ölkə siyasətinə təsir göstərə bilən fiqur olaraq qalır və geniş elektorata sahibdir.İmran Xan siyasətə birdən-birə daxil olub hakimiyyətə gələn adam deyil. O, əvvəlcə ölkədə çox tanınan və hörmət edilən bir idman simvolu idi. Pakistanı dünya çempionluğuna çıxaran kriket kapitanı kimi xalq arasında böyük nüfuz qazanmışdı. Bu populyarlıq sonradan onun siyasi kapitalına çevrildi. O, Pakistan Təhrik-e-İnsaf partiyasını quranda uzun illər boyu real siyasi gücə malik deyildi. Xüsusən ilk 10–15 il ərzində partiyası çox kiçik idi, özü isə korrupsiyaya qarşı çıxan, islahat tərəfdarı imici ilə daha çox idealist bir siyasətçi kimi görünürdü.Zaman keçdikcə, ölkədə korrupsiya, iqtisadi çətinliklər, köhnə siyasi elitalara qarşı narazılıq artdıqca, Xanın mesajları cəmiyyətdə daha geniş əks-səda tapmağa başladı. Bir tərəfdən onun “təmiz siyasət” və ədalət çağırışları, digər tərəfdən isə Pakistan ordusunun və təhlükəsizlik qurumlarının daxili siyasi balansda oynadığı rol Xanın yüksəlişinə dolayısı ilə şərait yaratdı. 2018-ci ildə isə o, artıq həm sıravi vətəndaşların, həm də hakimiyyət strukturlarının müəyyən hissələrinin dəstəyini arxasına almış, gücünün zirvəsinə çatmışdı. Elə xalq dəstəyi ilə institusional dəstəyin birləşməsi seçkilər zamanı ona hakimiyyət yolunu açdı.Göründüyü kimi, belə bir şəxsin sıradan çıxarılması həm daxildə güc balansını dəyişə, həm də onun tərəfdarları ilə hakimiyyət arasında daha kəskin qarşıdurmaya səbəb ola bilər. Təcrübə göstərir ki, belə şəxslərin sərbəst qalması qədər ölümü də iqtidara sərf etmir. Ona görə İmran Xanın ölümü, yaxud bu və ya başqa formada sui-qəsdə məruz qalması inandırıcı deyildi.Subyektiv görüşüm belədir ki, mövcud situasiya Xanın öldürülməsi və ya buna cəhd göstərilməsindən çox, onun həbsdən çıxarılması, hətta qanunsuz şəkildə qaçırılmasına hesablanıb. Belə bir şayiənin yayılması tərəfdarların onu həbsxanadan qaçırmaq üçün separatçı siyasi hərəkata başlamaq məqsədi güdmüş ola bilər. Başqa cür desək, plan öncə Xanın öldüyü iddiasını yayaraq qəzəbli kütlələri həbsxana önünə toplamaq, daha sonra isə onun sağ olduğunu bilib həyatının təhlükədə olması fikrini əsaslandıraraq həbsxanadan qaçırmaq idi".

Müəllif: Günel Fərzəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri