Icma.az
close
up
RU
Həbsdə olmuş azərbaycanlı müğənnilər Siyahıda kimlər var?

Həbsdə olmuş azərbaycanlı müğənnilər Siyahıda kimlər var?

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müğənni Dəniz Əsədova bu gün məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, müğənni 4 nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib.

Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında 4 şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.

Bu gün məhkəmə vəkil Asim Abbasovun şikayətini təmin edib və Dəniz Əsədova məhkəmə zalında həbs edilib.

Dəniz Əsədova həbs edilən ilk müğənni deyil. Buna qədər bir neçə müğənni müxtəlif səbəblərdən məhbus həyatı yaşayıb.

Tribunainfo.az Musavat.com-a istinadən onları təqdim edir.

Fədayə Laçın

Müğənni 2017-ci ildə digər şəxslərlə birgə xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.

Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgi münasibətlərində olub.

O, iki il həbsxana həyatından sonra 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb.

Reper Elşad Xose (Əliyev)

Reper narkotikdən istifadə etdiyi üçün həbs olunub. Belə ki, ifaçı 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Samir Cavadzadə

Azərbaycanı ilk dəfə “Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb.

Hadisə 2011-ci il sentyabrın 20-də Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib. Müğənni bu hadisəyə görə 1 ilə yaxın həbsdə olub.

Mərhum reper Hüseyn Dərya

Reper narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.

Mərhum meyxanaçı Bayram Kürdəxanılı

Meyxanaçı 2014-cü il iyulun 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən üstündən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. 14 noyabr 2014-cü ildə Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanılıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verilib.

Meyxanaçı 2015-ci ildə həbsdən azad edilib. Lakin azadlığa çıxandan az sonra meyxanaçı faciəli şəkildə dünyasını dəyişib. Məlumata görə, 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Vüsal Əliyev

Bir vaxtlar populyar olan müğənni Vüsal Əliyev isə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub.

Müəyyən müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmişdi. Lakin V.Əliyevin himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.

Tunar Rəhmanoğlu

“Azəri qızı” Günelin qardaşı, bəstəkar-müğənni Tunar Rəhmanoğlu 2013-cü il mayın 4-də həbs edilib.

Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması idi. Belə ki, idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan müğənni daha sonra sənədlərini inspektora təqdim etməkdən imtina etdiyi üçün barəsində inzibati tədbir görülməsi üçün şöbəyə aparılmışdı.

Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verilmişdi. 10 gün həbs yatan ifaçı azadlığa çıxdıqdan sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 May 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri