Icma.az
close
up
RU
Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu Hadisə yerindən GÖRÜNTÜLƏR

Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu Hadisə yerindən GÖRÜNTÜLƏR

Icma.az bildirir, Oxu.az portalına istinadən.

2024-cü il noyabrın 7-də paytaxtın Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi, 52 ünvanında yerləşən yataqxanada dəhşətli cinayət hadisəsi baş verib.

11 nömrəli mənzilin döşəməsində, döşək üzərində mələfə ilə örtülmüş qadın meyiti aşkar edilib.

Həmin gecə 15-ci Polis Bölməsinə gələn Qubadlı rayon sakini Yelmar Atakişiyev törətdiyi əməli etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, noyabrın 7-si saat 17 radələrində Yelmar Atakişiyev yaşadığı evdə əxlaqsız həyat tərzi keçirməsindən şübhələndiyi doğma qızı Cəmalə Atakişiyeva ilə mübahisə edib. Əl çantasından ikinci mobil telefon tapdıqdan sonra qızının başqa şəxslərlə görüşüb ailəsinə xəyanət etməsini düşünüb və hiddətlənərək qisas məqsədilə onu öldürmək qərarına gəlib. Üzərinə hücum edib, bir neçə dəfə yumruqla yerə yıxdıqdan sonra ayağı ilə başına və üzünə zərbələr vurub. Qonaq otağındakı divanda əyləşib və huşsuz halda döşəmədə uzanmış qızına hər hansı köməklik göstərməyib.

Məhkəmə iclasında Yelmar Atakişiyev ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2018-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə oğlu Şahmar görüşə gələndə bacısı Cəmalənin davranışlarından bezdiyini və ondan nə etməli olduğunu soruşub. O da məsələyə qarışmamağı, azadlığa çıxandan sonra bu işlə məşğul olacağını söyləyib.

Azadlığa çıxdıqdan sonra o, Cəmaləni izləməyə başlayıb, qızının yaşadığı evə gedərək əri və qayınatası ilə söhbət edib. Kürəkəni ona Cəmalənin iki telefon istifadə etdiyini desə də, qızı and içərək bunun yalan olduğunu söyləyib.

Hadisə günü Cəmalə özü onunla görüşmək istədiyini bildirib, Yelmar Atakişiyev də etiraz etməyib. Çay içərək söhbət etdikdən sonra Cəmalə Sumqayıta getməli olduğunu deyib. Şübhələndiyi üçün qızını özü aparmaq istəyib, amma Cəmalə razılaşmayıb.

Onlar mübahisə edə-edə qonaq otağına keçiblər. Ata Cəmalənin əlindən çantasını götürüb və içərisindən ikinci telefonu tapıb. Telefonun kilidini açmasını tələb etdikdə qızı bundan imtina edib. Nəticədə Yelmar Atakişiyev qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bir qədər sonra evə oğlu, 5 dəqiqədən sonra isə arvadı gəliblər.

Daha sonra əmisi oğlu Möhlət Atakişiyev ona zəng edərək Cəmalənin öldüyünü bildirib. Onunla birlikdə 15-ci bölməyə yollanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yelmar Atakişiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Həbsdən çıxan ata iki telefon işlədən qızının qatili oldu - Hadisə yerindən GÖRÜNTÜLƏR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri