Icma.az
close
up
RU
Həbsdən ev dustaqlığına, indi isə... Rəqsanə barədə yeni qərar

Həbsdən ev dustaqlığına, indi isə... Rəqsanə barədə yeni qərar

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Noyabr ayında isə Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. Sabunçu rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

Dəymiş zərərin müəyyən hissəsinin (100 min manat) ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see377

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see377

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see314

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see269

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see253

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see222

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see217

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see216

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see204

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see204

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see199

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see193

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see191

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see183

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see182

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see181

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see176

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see176

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see163

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri