Həbsxana kimisə aliment ödənişindən azad edir? “Rəisə müraciət olunur ki...”
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
“Tutulan şəxs alimentin ödənilməsi ilə bağlı həbsxana rəisini müraciət edə bilər. Cəzaçəkmə müəssisəsi isə məhbusa şərait yaratmlıdır ki, əmək fəaliyyəti ilə məşğul olsun və əldə olunan qazancla alimenti ödəsin. Amma ümumən həbs dövründə hər hansı bir güzəşt, yaxud aliment ödənişinin dayandırılması mümkün deyil”.
Bu sözləri "Yeni Sabah"a vəkil Tural Qasımov bildirib.
O bildirib ki, hər bir halda aliment ödənilməlidir:
“Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətə yenə də aybaay alimenti ödəməlidir. Yəni normal cəmiyyətdən təcrid olunması onu alimentdən azad etmir”.
Hüquqşünas qeyd edib ki, aliment ödəyən vətəndaş maddi sıxıntıya düşdüyü zaman məsələ ilə bağlı məhkəmə müraciət etməlidir:
“Tutaq ki, aliment ödəyən şəxs qəzaya düşürsə, məvacibi azaldılırsa, yaxud səhhətində hansısa ciddi problem yaranırsa vətəndaş məhkəməyə müraciət edərək, alimentin azaldılmasını tələb etməlidir. Buna məhkəmədə baxılır və hakim tərəfindən qərar verilir ki, sadalanan səbəblərə alimentin məbləği azaldıla bilər, ya da yox”.
Nazim Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















