Həbsxana məhbusunu narkotik vasitə ilə təmin edən vəkil həbs edilib VİDEO
Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.
Konyada vəkil K.Halise həbsxanada danışdığı məhbusun üzərində narkotik tapıldıqdan sonra həbs edilib.
Məhkumdan 1 qram marixuana, heroin və bonzai xammalı götürülüb. Vəkilin evinə baxış zamanı 3 qram marixuana, 100 ədəd narkotik həb və 1 qram kokain aşkar edilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, vəkil ittihamları rədd edərək, evindən tapılan narkotiklərin başqa müştəriyə məxsus olduğunu və məhbusun ona böhtan atdığını iddia edib.
Həbsdə olan vəkil K.Halise çərşənbə axşamı sövq edildiyi məhkəmədə "narkotik alveri" ittihamı ilə həbs edilib. İttihamları qəbul etməyən K.Halise ifadəsində "Məhkumun üzərindən tapılan narkotiklərdən xəbərim yoxdur.
Vəkil haqqımı qəbul etmədiyi üçün ona dedim ki, onun işinə baxmayacağam. Ona görə də mənə böhtan atır. Evimdən tapılan narkotiklər başqa müştərimə məxsusdur. Çantanı əvvəl mənə vermişdi, bir müddət sonra geri aparacağını dediyi üçün evdə saxlamışdım" - dedi.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















