Həbsxanadan filmdəkinə bənzər qaçış
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Almaniyanın Duysburq şəhərindəki penitensiar müəssisədən qaçış dünya mediasının diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, 35 yaşlı Serbiya vətəndaşı həbsxananın üçüncü mərtəbəsindəki kameranın dəmir barmaqlığını kəsərək xilas olub. Qaçan dustağı tapmaq mümkün olmayıb. Prokurorluq məsələ ilə bağlı həbsxana əməkdaşlarını dindirib.
Qaçan şəxs fevralda 2 şəhərdə çox sayda qızıl və 200 min avro nağd pul oğurladığı üçün 6 il azadlıqdan məhrum edilib. Bundan başqa, Serbiya və Fransa məhkəmələri də onun haqqında qiyabi hökm çıxarıb.
Müstəntiqlərə ifadəsində saatdarlardan biri binanın damında bir nəfəri görsə də, şübhələnmədiyini bildirib. İlkin ehtimala görə, dustaq binanın damına çıxaraq ordan yağış borusu vasitəsi ilə qaçıb.
Almaniyada belə qaçışlar nadir hallarda – təxminən 10 ildə bir dəfə baş verir. Dustaqlar adətən müvəqqəti olaraq evə buraxılarkən penitensiar müəssisəyə qayıtmaqdan yayınırlar. Onları isə uzağı 3 gün ərzində aşkar edərək həbsxanaya qaytarmaq mümkün olur.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 03 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















