Icma.az
close
up
RU
Həbsxanadan Nəsimi obrazına Rasim Balayev kimdir? BİOQRAFİYA

Həbsxanadan Nəsimi obrazına Rasim Balayev kimdir? BİOQRAFİYA

Lent az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev vəfat edib.

Lent.az “Bioqrafiya” rubrikasında tanınmış aktyor haqqında məlumat verir.

- Rasim Balayev kimdir?

Rasim Balayev görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü və Xalq artistidir.

- Rasim Balayev nə zaman və harada anadan olub?

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

- Rasim Balayev harada təhsil alıb?

Rasim Balayev 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 

- Rasim Balayev neçə yaşından aktyor kimi fəaliyyətə başlayıb?

Rasim Balayev 1972-ci ildə (24 yaşında) “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə aktyor “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib.

- Rasim Balayev ilk dəfə hansı filmdə rol alıb?

Rasim Balayev ilk dəfə “Ulduzlar sönmür” filmində çəkilib. Aktyor sonradan “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə müxtəlif obrazlarda rol alıb.

- Rasim Balayev aktyorluqdan başqa hansı işlə məşğul olub?

Rasim Balayev onlarla filmdə müxtəlif obrazları səsləndirib.

- Rasim Balayev hansı vəzifələrdə çalışıb?

Rasim Balayev 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olub.

- Rasim Balayev hansı mükafatlara layiq görülüb?

Rasim Balayev 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

- Rasim Balayev niyə həbsxanaya düşüb?

Rasim Balayev gənc yaşlarında dava-dalaşa görə saxlanılıb. Bu hadisə xuliqanlıq kimi qiymətləndirildiyi üçün o, Gəncə həbsxanasında 3 aya yaxın cəza çəkib.

- Rasim Balayev psixi dispanserdə yatıb?

Rasim Balayevin atasının ölüm xəbərindən sonra bir müddəti psixi dispanserdə qaldığı bildirilir. Həmin vaxt onun ikinci oğlu dünyaya gələndə xəbər göndərir ki, uşağın adını Asim qoysunlar, ölsəm, adının əvvəlinə “R” hərfi əlavə edərsiniz.

- Rasim Balayev “Nəsimi” roluna necə çəkildi?

Rasim Balayev dispanserdə olarkən rejissor Həsən Seyidbəyli və yazıçı İsa Hüseynov “Nəsimi” roluna aktyor axtarıblar. Həmin günlərdə efirdə Rasim Balayevin hansısa görüntüsü təqdim edilir və Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır. İsa Hüseynovla birgə Rasimi filmə çəkmək barədə söhbət başlayır. Lakin bu barədə xəstəxanada yatan Rasim Balayevə məlumat çatanda gənc aktyor deyir ki, mənim ömrümə az qalıb, sizi yarıyolda qoymaq istəmirəm. Həm də, “Nəsimi” roluna seçiləcəyinə inanmır. Bundan sonra Həsən Seyidbəyli səhiyyə nazirinə zəng edir və Rasim Balayev müayinə olunaraq Mərdəkandakı əsəb sanatoriyasına yerləşdirilir. Ssenari ilə də burada tanış olur.

- Rasim Balayev nə zaman və harada vəfat edib?

Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

- Rasim Balayev harada dəfn olunacaq?

Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Mart 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri