Icma.az
close
up
RU
Heç avrokuboklarda ilk oyunların nə vaxt keçiriləcəyini bilmirəm Rəşad Sadıqov

Heç avrokuboklarda ilk oyunların nə vaxt keçiriləcəyini bilmirəm Rəşad Sadıqov

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə" Misli premyer-liqasının 29-cu turunda "Qarabağ"ın meydanından məğlub ayrıldı - 0:1.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Ağır oyun oldu. Rəqib bu gün ən güclü heyətiylə meydana çıxdı. İşimiz çətin idi. Komandam ilk saniyələrdən cəsarətli və ürəkli çıxış etdi. Matç rəqibin üstünlüyüylə keçdi. Daha çox əks-hücumlara bel bağladıq. Artıq beşinci oyundu ki, "Qarabağ" duran topdan bizə qarşı fərqlənir. Burdan özümüzü məğlub hiss edərək ayrılmırıq. Bərabərliyə layiq idik. Qarşıda 7 bir-birindən vacib oyun var. Növbəti matçlara köklənəcəyik.
- Penaltini qaçıran futbolçunu bağışlamaq olarmı?
- Niyə olmur? Kim qaçırmır? Özüm də qaçırmışam. Bəli, burdan bir xalla ayrılmaq olardı. Lakin yenə deyirəm özümüzü məğlub hiss etmirik.
- "Zirə"də penalti vurmaqda çətinlik çəkən futbolçular var. Bunu ötən mövsüm avrokuboklarda da gördük. Bu problemi necə aradan qaldırmaq olar?
- Qismət çox kritik anlarda penaltini dəqiq yerinə yetirib. Penaltinin məşqi olmur. Ümumiyyətlə, bu məsələnin üzərində çox dayanmaq istəmirəm.
- Lavalı bu mövsüm meydanda görə biləcəyikmi? Sonuncu transferinizin (martın 8-də transfer edilən Rikardo Martins nəzərdə tutulur) durumu necədi?
- Martins gələcəyə hesablanan transfer idi. İki ay idi ki, yaşıl meydanlardan kənarda qalmışdı. Lavala gəlincə, müalicəsi davam edir.
- Hadisələrin axarı onu göstərir ki, avrokuboklara yollanacaqsız. Heyətiniz yetərlidimi?
- Hələ çempionat başa çatmadan bu haqda danışmaq doğru olmaz. Qarşıda vacib oyunlar var. Heç avrokuboklarda ilk oyunların nə vaxt keçiriləcəyini bilmirəm. İnşallah, vəsiqə qazansaq, bu sualı cavablayaram.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri