Icma.az
close
up
RU
Heç bir həkim də Allah deyil axı, bəzən olacağa carə olmur Rövşanə Ağasəfqızı

Heç bir həkim də Allah deyil axı, bəzən olacağa carə olmur Rövşanə Ağasəfqızı

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Daha bir həkim ittiham olunur. Qadını dünya işığına kor qoymaqda qınanılır. Ola bilər ki, bu belədir və ya ola da bilər ki, yerli-dibli belə deyil. Məhkəmə var, ekspertiza var. Şah olan qanun var bir sözlə, bu məsələnin bir tərəfi".

Redaktor.az xəbər verir ki, bunu məşhur aparıcı Rövşanə Ağasəfqızı oftalomoloq Cahid Şahbazov haqqında yayılan şikayətlərə münasibət bildirərkən deyib. O, fikirlərinə daha sonra bunları əlavə edib:

"Zatən son dönəm baş verənlər, kağız sertifikatlar, qanunsuz fəaliyyətlər, dolaşıq siyahı, dolaşa-dolaşa adını lupa ilə axtarıb tapmayanların aqibəti (xüsusi bir aqibət olmadı məncə. Hərə öz işi ilə məşğul, evdar xalanın kosmetoloqa, anestezioloqun cərrahlığa transferinin şahidi olan gözlərimizi bir az da böyük açmağa vadar elədi. 

Göz demiş hərdən gözümüz lap bərələ qalır. Gördükcə düşünürsən səhiyyəmizi kim silkələdi və ya kimlər Kann festivalının temu variantina çevirdi gül kimi tibbimizi. 

Aqressiya, kin, qıcıq yarandı Hippokrat andi içib canımızı etibar etdiklərimizə. Niyə əcəba?

O qədər sual var ki. Dünən rəyləri oxuyuram, qadın dünya işığına tamarzı qalmasından danışır. Hamı səs-səsə verib həkimi qarğışlayır, qınayır, günahlandırır. Halbuki hələ həkimin nə günahının sübutu var, nə hansısa qərar, nə də həkimin açıqlaması. Sadəcə hamı döşəyir və bir balta da mən vurum, fürsətdir misalı….

Soruşan lazım dünənə qədər əlini öpüb göz üstə qoyduğunuz, həyatı sizə həm də rəngli baxışlarda tanıdan, milyon "like"larla ulduza çevirdiyiniz həmin həkim deyilmi?! Hələ sübuta yetməmiş bir yanlışa bu qədər qəddarcasına yanaşmaq. Nöşün? Nə üçün ?

Deyim sizə bilin. Vallah-billah yaxşı həkimi çıraqla gəzirik. Ucuz reklamlarının sabun köpüklərində əriyəcək şoubaz hoqqabazları boş verin. Gecəsini gündüzünü, ömrünü bu ülvi peşəyə həsr etmişləri göz bəbəyimiz kimi qoruyaq. Xəstəylə ölüb-dirilənlər var e, azalır sayları, çox azalır. Heç bir həkim də Allah deyil axı. Bəzən olacağa carə olmur, inanın olmur. 

Yadıma düşmüşkən bu məzmunsuz həkim mükafatlandırma mərasimləri, (hansı kriteriyalara,hansı göstəticilərə əsasən seçilir o da bilinmir), 400 ya da 500 (baxır adamına) manatlıq taxtafson ödülləri əlinə verib, zər-ziboşlu həkimləri kamera qarşısında fır-fır firlatmaqdansa, daha ciddi işlər görmək olar. Məsələn həkimləri müdafiə cəmiyyəti və ya hüquqlarının qorunması ittifaqı. Mən məmmuniyyətlə yaradardım, qoşulmaq istəyən varsa, başlayaq. 

Gözdən danışmışkən yerinə düşdü lap. Gözlərimi bir yoxladım. Cahid doktor zamanınız varsa, qəbula yazılım".

Vasif ƏLİHÜSEYN 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri