Heç bir məktəb bu səhnənin çəkilməsinə icazə vermədi
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Aktyor Cavidan Novruz mərhum Xalq artisti, atası Ramiz Novruzun ən böyük arzusunu gerçəkləşdirib.
Axşam.az xəbər verir ki, bu haqda aktyor "Günə bax" verilişində danışıb. O bildirib ki, atası üçün çəkilən filmdə heç kimdən dəstək almayıb:
"Atamın ən böyük arzusu idi filmi çəkilsin. Heç bir qruma ağız açmadan, nəsə tələb etmədən, hər bir tərəfi, maddiyatı da özüm etdim. Yubileyinin keçirlməsini də özüm etdim. Sabah heç kim deməsin yardım etmişik. İyunun 9-da atamın yubiley gecəsi olacaq və film orada göstəriləcək".
C.Novruz ekran işindəki məktəb səhnəsi ilə bağlı qalmaqaldan da danışıb:
"Filmdə bir səhnə var idi: uşaq aktyor olmaq istəyir, bir gün müəllim hamıdan soruşur, böyüyəndə nə olmaq istəyirsən? Uşaq tənəffüsdə gəlib deyir ki, müəllim, mən aktyor olmaq istəyirəm, utandım deməyə. Bakıda bu səhnəni çəkməyə qoymadılar. Nə problem baş verir ki, bu, qadağan edilib? Rayonda əmim məktəbdə işləyir, sonda ona dedim ki, gəlim çəkim. Amma Elm və Təhsil Nazirliyi sonda buna şərait yaratdı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















