Icma.az
close
up
RU
Heç bir qadın bunları yaşamayıb Ayrıldığı həyat yoldaşından danışdı

Heç bir qadın bunları yaşamayıb Ayrıldığı həyat yoldaşından danışdı

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Xuraman Əlizadə "Tam səmimi" verilişində deyib. O, həyat yoldaşı Murad Xankişiyevlə ayrıldığını təsdiqləyib:

"Allah hamının yolunu açıq eləsin. Qarşı tərəfi də Allah xoşbəxt etsin ki, biz ümumiyyətlə onun yadından çıxaq. Və Allah məni o qədər xoşbəxt etsin ki, yaşadığmız gözəl günləri belə unudum. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb. Ayrılanda da insan elə ayrılmalıdır ki, xoş münasibət olsun, dost kimi. Çünki mən onun ailəsi, övladının anası olmuşam. Düzdür, o pis insan deyil. Amma ola bilər də insandır, fikri harasa yönələ bilər. Allah onu məndən də xoşbəxt etsin, başı özünə qarışsın. Bəzi şeylər baş verdi, dözə bilmədim. Əslində çox şey danışa bilərəm, amma efirdir". 

Xuraman ayrıldıqdan sonra depressiyaya düşdüyünü bildirib:

"Adi insanın evində baxdığı heyvan 5 ildən sonra öləndə ağlayır. O ki, qaldı belə bir insan həyatından çıxır gedir: sevdiyin, nikahlı həyat yoldaşın. İnsan necə depressiyaya düşməyə bilər? Bu gün gülə-gülə danışıram, heç cür məni ağlada bilməzsiniz. Çox şükür Allaha ki, bu gün rahatam. Artıq evimi sevməyə başlamışam. Bir ara ümumiyyətlə evə getmək istəmirdim. İnsan sənin həyatına gəlirsə, o bir missiya yerinə yetirir. Onun da missiyası oğlumu mənə bəxş etmək idi. Ən gözəl missiya. Bu gün övladımla xoşbəxtəm. Qətiyyən ona demirəm ki, atanla görüşmə. Onunla barışmaq üçün mənə əl yeri qalmayıb. Sadəcə alınmadı deyək. Övladımla bir-birilərini sevirlər. Oğlum zatən böyüyəndə hər şeyi dərk edəcək. Zatən bilir". 

Xuraman bir müddət əvvəl "xəyanətə görə ailəmi dağıtmaram" sözlərinin hələ də keçərli olduğunu deyib:

"Mən əvvəl də demişəm, insan hər şeyə görə ailəni dağıtmaz. Buna görə xanımlar məni daşqalaq etmişdi. Amma yenə də deyirəm, adi bir xəyanətə görə bunu etməzlər. Çünki kişilər beyinləri ilə yox, bədənləri ilə xəyanət edirlər. Çünki adi bir xəyanətə görə ailəni dağımağa dəyməz. İnsan sonra çox peşman olur. O vaxt ailəni dağıdaram ki, bəy kənarda kimisə sevir, onsuz qala bilmir, səni evdə ilan kimi görür, səni danışdırmır, onu üçü artıq bir heç olursan. O başqa bir şey. Amma xırda xəyanətlərə görə ailənizi dağıtmayın, xanımlar. İndi çoxları yenə danışacaq. Amma o xanımların çoxlarının həyat yoldaşı xəyanət edir, mədəni surətdə gözlərini yumurlar. Amma bilsəniz belə ailənizi dağıtmayın, ondan gözəl heç nə yoxdur. Mən həmişə ailə arzulamışam". 

Aktrisa gələcəkdə yenidən ailə qurub-qurmayacağı ilə bağlı suala isə belə reaksiya verib:

"Onu deyə bilmərəm. Oğul böyüdürəm. Amma təklik Allaha məxsusdur. Onu biz heç vaxt deyə bilmərik. Deyir, heç vaxt "heç vaxt" demə. Həyatdır".

Qeyd edək ki, Xuramanın bu evlilikdən Əli adlı bir oğlu var. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://axsam.az
archiveBu xəbər 22 Mart 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri