Icma.az
close
up
RU
“Heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”

“Heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“MİR TƏMİR TİKİNTİ” MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir.

O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib: “Mən “MİR TƏMİR TİKİNTİ” MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ili fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə “şəriklik” təklif etdi və razılaşdım. Onun səyləri ilə “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından ″BAKI 1 №-Lİ YOL İSTİSMARI″ MMC və ″17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI″ MMC-lərlə təmir-tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında M.Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da, görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mirməbud Abbasovun şəxsi vəsaiti ilə icra edildi”.

Şikayətçi bildirib ki, “şərikli” müəssisənin mühasibat işlərinin aparılması Mirqiyas Kazımovun dostu “BERC GROUP” şirkətinin rəhbəri Kənan Ağayevə həvalə edilib: “Biz müəssisənin möhürünü və ASAN İmza nömrəsini Kənan Ağayevə təhvil verdik. Mən öz vəsaitimlə Bakı-Quba yolunda təmir tikinti işləri apardım, işləri yekunlaşdırıb təhvil-təslim aktı ilə işləri təhvil verdim. Gördüyüm işlərin pulu müəssisənin hesabına daxil olan kimi Mirqiyas Kazımov və Kənan Ağayev pulları öz yaxın adamlarının bank hesablarına, müxtəlif istiqamətlərə köçürərək nağdlaşdırılmasına nail olublar. Eyni zamanda cəmiyyətin direktoru kimi mənim xəbərim olmadan “MİR TƏMİR TİKİNTİ” MMC-nin adından müxtəlif layihələrdə çıxış edərək vergidən yayınıblar”.

Mirməbud Abbasov baş verənlər barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər edildiyini əlavə edib: “Sözügedən problemlə bağlı qurumun sabiq rəhbəri Saleh Məmmədovun qəbulunda olub şikayət etməyimə baxmayaraq, heç bir müsbət nəticə əldə edilmədi. Nəticədə, pul qazanmaq üçün şəxsi evimi satıb təmir-tikinti işləri aparmaq həvəsinə düşmüş biri kimi Abbasov hazırda acınacaqlı vəziyyətdəyəm. Üstəlik qarşı tərəfin hədə qorxusu ilə üzləşməkdəyəm”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, müraciətdə adı qeyd olunan Mirqiyas Kazımov hazırda həmin qurumda çalışmır: “Müraciətdə qeyd edilən hallar hüquqi xarakter daşıdığından, həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bununla bağlı tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına müraciət etmək hüququ var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri