Icma.az
close
up
RU
“Heç bir xarici mərkəz Azərbaycana qaydalarını diktə edə bilməz”

“Heç bir xarici mərkəz Azərbaycana qaydalarını diktə edə bilməz”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vahid məktəbli forması məsələsinə birmənalı yanaşmaq lazımdır. Azərbaycanın məktəblərdə vahid geyim qaydalarını müəyyənləşdirməsi suveren dövlətin öz təhsil siyasətini həyata keçirmək hüququdur”.

Gununsesi.info  bildirir ki, bu fikirləri deputat Elnarə Akimova qeyd edib:

“Bu qərarı süni şəkildə “hicaba qadağa” kimi təqdim etmək, cəmiyyətdə dini həssaslığı qızışdırmaq və ayrı-ayrı aksiyaları şişirdərək kütləvi narazılıq görüntüsü yaratmaq sadəcə yanlış şərh deyil, ictimai rəyə məqsədli şəkildə təsir göstərmək cəhdidir. Əgər xaricdən idarə olunan və ya xarici siyasi-dini dairələrin təsiri altında fəaliyyət göstərən hesablar ölkəmizdəki qərarları təhrif edir, insanları qarşıdurmaya səsləyir və dövlətin daxili siyasətinə təzyiq göstərməyə çalışırsa, bu, artıq adi fikir mübadiləsi deyil. Belə fəaliyyət Azərbaycanın daxili işlərinə müdaxilə əlaməti daşıyır və cəmiyyət tərəfindən ayıq qiymətləndirilməlidir.

Bir məqamı da açıq demək lazımdır: dini dəyərlər heç kimin siyasi manipulyasiya vasitəsi olmamalıdır. İnanclı insanların hisslərindən istifadə edərək uşaqları, valideynləri və müəllimləri dövlətlə üz-üzə qoymağa çalışmaq nə dinə hörmətdir, nə də səmimi dini mövqe. Uşaqların təhsili siyasi təzyiq alətinə çevrilməməli, məktəblər ideoloji qarşıdurma meydanına dönməməlidir. Məktəbli geyiminə dair qaydalar qanunvericiliyin tələbləri və dünyəvi təhsil prinsipləri çərçivəsində müzakirə predmetinə çevrilməlidir. Bu qaydaları dini düşmənçilik kimi qələmə vermək cəmiyyəti çaşdırmaqdan başqa məqsədə xidmət etmir.

Aksiyaların sayını və miqyasını şişirtməklə kütləvi etiraz görüntüsü yaratmaq isə təbliğatın köhnə üsullarındandır. Sosial şəbəkədə çoxsaylı paylaşım real ictimai rəyin göstəricisi deyil. Eyni məzmunun müxtəlif hesablar vasitəsilə yayılması, emosional ifadələrdən istifadə və təsdiqlənməmiş məlumatların dövriyyəyə buraxılması insanlarda süni təəssürat formalaşdıra bilər. Cəmiyyət bu cür manipulyasiyaları faktlardan ayırmağı bacarmalıdır.

Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil və öz daxili qərarlarını kənardan gələn göstərişlərə əsasən vermir. Ölkəmizin təhsil siyasəti də, ictimai həyatın təşkili də milli qanunvericiliyimizə və dövlətimizin maraqlarına söykənir. Heç bir xarici mərkəz Azərbaycana hansı qaydaları tətbiq etməli olduğunu diktə edə bilməz. Bu, suverenlik məsələsidir və burada güzəştə yer yoxdur.

Eyni zamanda, hər hansı xarici müdaxilə şübhəsi konkret faktlarla qiymətləndirilməli, hüquqi nəticələr fərziyyələrə deyil, sübutlara əsaslanmalıdır. Əhali isə təxribatçı çağırışlara qoşulmamalı, mənbəyi bəlli olmayan məlumatları yaymamalı, rəsmi qərarları təhrif edən təbliğata uymamalıdır. Dövlətin gücü yalnız qanunlarla deyil, həm də cəmiyyətin sağlam düşüncəsi, milli birliyi və manipulyasiyalara qarşı möhkəm mövqeyi ilə ölçülür.

Mənim mövqeyim aydındır: dinə hörmət adı altında Azərbaycanın daxili işlərinə müdaxiləyə, uşaqların və valideynlərin hisslərindən siyasi məqsədlərlə istifadəyə, cəmiyyətdə süni qarşıdurma yaratmaq cəhdlərinə yol verilməməlidir. Azərbaycan xalqı öz dəyərlərinə sahib çıxmağı da, dövlətinin suverenliyini qorumağı da bacarır. Bu iki prinsip bir-birinə zidd deyil; əksinə, müstəqil dövlətimizin sağlam ictimai əsaslarını təşkil edir”.

Firuzə

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri