Icma.az
close
up
RU
“Heç bir yerdə işə qəbul zamanı rus dili tələb olunmur, bu manipulyasiyadır”

“Heç bir yerdə işə qəbul zamanı rus dili tələb olunmur, bu manipulyasiyadır”

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlərin müzakirə predmetlərindən biri də rus dilində təhsilin ləğv olunmasıdır.

Sosial şəbəkələrdə ciddi müzakirə olunan mövzuya yanaşmalar da fərqlidir. 

İstifadəçilərin bir qismi rus dilində təhsilin ləğv olunmasının tərəfdarı olsalar da, bir qismi bunun əleyhinə çıxır. 

Bəs, ibtidai siniflərdə rusdilli təhsil ləğv olunmalıdırmı?

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət rus dilində təhsilin ləğv olunması ilə bağlı bunları deyib: 

"İbtidai sinifdə təhsil almaq müddəti gələcəkdə uşağın formalaşmasında mühüm rol oynayır. Əlbəttə ki, həmin dövrdə uşaqlara aşılanan istənilən bilik, bacarıq, tərbiyə, əxlaq onun sabahını müəyyənləşdirir. Uşağa nəyin, nə zaman öyrədilməsinə diqqət edilməlidir. Yəni uşaqlara ibtidai təhsil dövründən başlayaraq xarici dil öyrədilməyə başlanılırsa, demək olar ki, həmin uşaqların öz milli kökündən məsafəli davranması üçün təməl qoyulur. Uşaq nə qədər gec xarici dil oyrənməyə başlayarsa, bir o qədər öz milli kimliyinə bağlı qalmış olar. Uşaq ailəsində, məktəbdə öz ana dilində danışmalı və təhsil almalıdır. Bu ardıcıllığı 4-cü sinifi bitirənə qədər belə saxlamaq vacibdir. Bundan sonra uşaqlara xarici dilləri öyrətmək olar". 

Azər Həsrət həmçinin uşaqların xarici dildə təhsil almasında valideynləri də günahlandırıb:

"Bu gün elə valideynlər var ki, ailənin içində körpə uşağı ilə rus dilində danışmaqla yanaşı, uşağını rus məktəbinə qoyur. Nəticədə uşaq böyüdükcə Azərbaycan dilindən uzaqlaşır və mənəvi cəhətdən şikəst olaraq böyüyür. Daha sonra uşaqlarının cəmiyyətdə özünü realizə edə bilməmələrindən şikayətlənirlər. Kimdir günahkar? Əlbəttə ki, övladını öz dövlətinin, millətinin deyil əcnəbi bir millətin dilinə alışdıranlardır. Buna görə də dövlət qərar qəbul etməli, ibtidai təhslilin xarici dillərdə olması qadağan edilməlidir. Yalnız rus millətindən olan, milli azlıq və etnik qrupların övladları öz ana dilində tədris almalıdırlar. Rus dili heç də düşünülən qədər üstün dil deyil. Bəzən deyirlər ki, dünyaya çıxmaq üçün rus dili bilmək lazımdır. Sual yaranır, belə qayda harda var? Rus dili Rusiya bazarlarından başqa heç bir yerdə işə yaramır". 

Əməkdar jurnalist hesab edir ki, rusların özləri belə rus dilinin qayğısına bizim qədər qalmırlar:

"Əgər vətəndaşlarımız uşaqlarını gələcəkdə Rusiya bazarları üçün hazırlayırsa, o zaman övladlarını rus dilində oxutsunlar. Onların gedə biləcəyi ən yüksək yer oradır. Dünyaya çıxmaq üçün yalnız ingilis dili bilmək kifayət edir. Etiraf edək ki, bu gün rus dili lazımsız dilə çevrilib. Lazımsız dilin yaşadılmasında Azərbaycanlılar niyə iştirak edir? Niyə ölüyə nəfəsi biz veririk? Rusların özləri belə rus dilinin qayğısına bizim qədər qalmırlar. Öz qatilinə bu qədər bağlı olan bir millət yer üzündə bəlkə də yoxdur. Rusiya bizi işğal edib, bizə soyqırımlar yaşadıb. Düşünürəm ki, artıq millət özünə dönməlidir, ağıllanmaq lazımdır. Bu elə bir millətin dilidir ki, havada uçan sərnişin təyyarəmizi amansızcasına vurub, yerə salan bir millətin dilidir. Biz özümüzü tarixi bizim tariximizin 10 faizi qədər olmayan millətin ayağına verməyək". 

A.Həsrət işə qəbul zamanı rus dilinin tələb olunmasını boş manipulyasiya adlandırıb:

"Azərbaycanda iş yerlərində rus dilinin tələb olunması haqda deyilənlər boş manipulyasiyadan başqa heç nə deyil. Hətta adamlara rast gəlirik ki, guya hansısa dükanda satıcı işinə götürüləndə rus dilini bilib-bilməməsini soruşurlarmış. Bunlar cəfəng bir şeydir. Bəli, müəyyən xidmət sahələri var ki, orada rus dili ilə yanaşı, ingilis dili və başqa dillər tələb olunur. Bunu anlayışla qəbul edirəm. Ancaq deyə bilərəm ki, Azərbaycanda işə qəbul zamanı heç kimdən, xarici dil bilgisi tələb olunmur".

Günel Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri