Icma.az
close
up
RU
“Heç Güney Azərbaycan müstəqil olmasın, Təbrizi də istəmirik...” tarixçi alim

“Heç Güney Azərbaycan müstəqil olmasın, Təbrizi də istəmirik...” tarixçi alim

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda baş verən hadisələr fonunda Güney və Quzey Azərbaycanın gələcəkdə birləşməsi ideyası yenidən gündəm olub. Bu istiqamətdə gedən müzakirələr ilk dəfədir ki, fərqli fikirlər meydana çıxarıb.

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Vahid Azərbaycan ideyasının indiki dövrdə gündəmə gəlməsinin doğru olmadığı bildirib. Onun fikrincə, bu, hazırkı şəraitdə reallıq baxımdan da mümkün görünmür. Deputat Azərbaycan Respublikasının vətəndaşları ilə İran ərazisində yaşayan azərbaycanlıların siyasi, dünya görüşü və sair baxımdan ciddi fərqləndiklərini də diqqətə çatdırıb.

Bu müzakirələr başqa müstəvidə də davam edir. Real TV-nin rəhbəri Mirşahin Ağayevlə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli arasında mövzu ilə bağlı gərgin fikir dartışması gedir. M.Ağayev proseslərə Azərbaycan Respublikasının maraqları, sərhədləri çərçivəsindən baxmağın doğru olduğunu deyir, E.Həsənli isə Bütöv Azərbaycan məsələsinin arxa plana atılmasının strateji olaraq maraqlarımıza cavab vermədiyini söyləyir.

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, Mirşahin Ağayevlə Elbəyi Həsənli arasında söz davası təəssüf doğurur:

“Bu müzakirələri aparan şəxslərə məsləhət görürəm ki, məsələyə Prezident İlham Əliyevin “Mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm” tezisi çərçivəsində baxsınlar. Soydaşlarımız bu gün İlham Əliyevin şəklini asıb üstünə “Güney Azərbaycan Prezidenti” yazıblar. 30 milyondan çox azərbaycanlının taleyi bu gün sual altındadır.

Azərbaycanda hər kəs öncə Güney Azərbaycan türklərinin müqəddəratı məsələsinə İranın və оnun mоlla rejiminin daхili işi kimi yox, bir millətin taleyi kimi baxsın. Bu gün sivil dünyanı imperiyaların yох, millətlərin taleyi maraqlandırır. Güney Azərbaycan İranın yох, bütövlükdə 50 milyоnluq bir хalqın daхili işidir. Bu 50 milyonluq Azərbaycan dünyası da başa düşməlidir ki, İran molla rejiminin söykəndiyi fars şöviniziminin qarşısına biz qlobal dünyanın qəbul etdiyi demоktarik dəyərlər, millətlərin öz müqəddəratını təyin etmə hüquqları, fоrmalaşmış siyasi və milli şüurla çıxırıq”.

Zaur Əliyev

Tarixçi alim bildirib ki, hər iki Azərbaycanın vahid bayraq altında birləşməsi gözəl bir addım olar:

“Onsuz da 1813-cü ilə qədər belə idik. Təbriz tarixin bütün dövrlərində Azərbaycan dövlətlərinin mərkəzi şəhəri olub. Düzdür, artıq bu missiyanı Bakı daşıyır, lakin bu mahiyyəti dəyişmir, hədəfləri daha məqsədyönlü edir. Əgər bu baş versə, Azərbaycanın ərazisi təxminən 250-300 min kv. km, əhalisi isə 40-50 milyondan çox ola bilər. Şimalın enerji resursları (neft-qaz) ilə Cənubun kənd təsərrüfatı, sənaye potensialı, insan kapitalı birləşdikdə nəhəng bir iqtisadi güc yaranar. Azərbaycanın həm Xəzər dənizinə, həm də Fars körfəzinə çıxış imkanlarının artması onu qlobal tranzit mərkəzinə çevirə bilər. Azərbaycan, Türkiyə ilə Orta Asiya türk respublikaları arasında ən qısa, kəsilməz və geniş coğrafi əlaqəni təmin edər. Bu, Türk Dövlətləri Təşkilatının (TDT) qlobal bir güc blokuna çevrilməsini sürətləndirər”.

Tarixçinin sözlərinə görə, hesab edək ki, iki Azərbaycan məsələsi qlobal güclərin planında yoxdur, o zaman çıxış yolu nə olardı?

Sitat:

“Önəmli olan ölkəmizə qarşı illərdir düşmənçilik edən fars-molla rejiminin devrilməsidir. Heç Güney Azərbaycan müstəqil olmasın. Amma ən azından indiki rejim getsin. Orda yaşayan insanların dil və mədəni hüquqları bərpa edilsin. Nə Təbriz bizə verilsin, nə də digəri. Sadəcə Xomeyni sistemi regiondan getsin. Ermənilərə illərdir İranda soyqırımı abidələri qoyulduğu kimi Xocalı soyqırımına da abidələr qoyulsun. Azərbaycan dilli məktəblər açılsın. TV kanallar içərisində Azərbaycan kanalları da olsun. Orda yaşayan bütün xalqlar azad nəfəs alsın”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri