Icma.az
close
up
RU
“Heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır” Video

“Heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır” Video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Evimizi kreditlə yeni təmir etmişdik. 2024-cü ilin oktyabrında yağan yağışlar evi tamamilə yararsız hala saldı, bizə təxminən 20 min manat ziyan dəydi. Hələ də fəsadları aradan qaldırmağa çalışırıq, heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakının Xəzər rayonu Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsinin sakini İlahə Babayeva müraciət edib.

Evinin sığortasının olmadığını deyən şikayətçinin sözlərinə görə, problemə görə yalnız bələdiyyə tərəfindən müəyyən qədər maddi köməklik olunub ki, o da ziyanı qarşılamır: “Təmirdən təzə çıxan ev idi, əşyalar ələ gəlmir. Mətbəx mebelimiz yararsız vəziyyətdədir. Qapısını açdıqda taxtaları tökülsə də, məcburiyyətdən saxlamışıq. Qonaq və yataq otaqlarındakı mebelləri isə yeni olmasına baxmayaraq, atmalı olduq. İki otağın laminat döşəməsi və divan təmir olunub. Bütün işləri öz hesabımıza görmüşük. Toplasaq, bizə ümumilikdə 20 min manata yaxın ziyan dəyib, ancaq bələdiyyə cəmi mənə 300 manat, həyat yoldaşıma isə 400 dollar (təxminən 680 manat) olmaqla ümumilikdə 980 manat yardım göstərib. Övladlarım 10-15 gün təhsildən geri qaldı. Heç bir məsul şəxs gəlib vəziyyətlə maraqlanmayıb”.

İ.Babayeva qeyd edib ki, hazırda əsas tələbi evinə dəyən ziyanın qarşılanması və ərazidə kanalizasiya sisteminin bərpa olunmasıdır: “Məhəlləmizdən 200-300 metr yuxarıda təmir işləri aparılır, yollar asfaltlanır. Lakin bizim məhəlləyə baxan yoxdur. Yağış yağan kimi su evlərə və həyətlərə dolur. Yay ayıdır, amma məhəlləmiz hələ də palçığın içərisindədir. Qarşıdan payız-qış ayları yaxınlaşır, yenə yağış yağacaq, evlərimiz su altında qalacaq. Qurumlara çoxsaylı müraciətlər etsək də, problemin aradan qaldırılması istiqamətində ciddi tədbir görülmür”.

Problemlə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Qeyd olunan ünvanda İri Şəhərlərin Su Təchizatının tullantı su şəbəkəsi mövcud deyil. Tullantı su sistemi mövcud olmayan ərazilərdə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Sözügedən şikayətlə bağlı Xəzər RİH-yə də müraciət etdik. Buzovna bələdiyyəsinə yönləndirilən sorğumuza cavabda qeyd edildi ki, sakinin evinə dəymiş 20 min manata yaxın ziyanın bələdiyyə tərəfindən qarşılanması mümkün deyil: “Belə hallarla üzləşən sakinlərin sayı çoxdur və bələdiyyənin bu məbləğdə ödəniş etmək imkanı yoxdur. Bununla belə, bələdiyyə tərəfindən ailəyə 1000 manata yaxın maddi yardım göstərilib”.

Yolların asfaltlanmaması ilə bağlı detala gəlincə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, həmin ərazidə müvafiq yol işlərinin görülməsi qurumun səlahiyyətlərinə aid deyil: “Sözügedən yol sahəsi qəsəbədaxili ərazidə yerləşir və Agentliyin balansında deyil. Bu səbəbdən həmin yolun saxlanılması, təmiri və ərazidə müvafiq yol işlərinin görülməsi AAYDA-nın səlahiyyətlərinə aid deyil. Bununla yanaşı, qəsəbə ərazisində yağış və tullantı sularının toplanması, emalı və kənarlaşdırılması üçün ümumi sistemlərin yaradılması və istismarı da Agentliyin fəaliyyət istiqamətlərinə daxil deyil. Qanunvericiliyə əsasən, bu sahədə fəaliyyətin təşkili aidiyyəti su təsərrüfatı qurumlarının səlahiyyətinə aiddir”.

Fatimə Şahverdiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Avqust 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri