“Heç kim Rusiya və Belarusu diz çökdürə bilməz” Lukaşenko onlara MESAJ VERDİ KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, heç bir güc Rusiya və Belarusun iradəsini qıra və onları diz çökdürə bilməz. Onun sözlərinə görə, regionda sabitliyi qorumaq və təhlükəsizliyi təmin etmək üçün bu iki ölkənin birliyi vacibdir.
KONKRET.az xəbər verir ki, Lukaşenko çıxışında əlavə edib: əgər Donald Tramp Ukraynada sülhə nail olmaq istəyirsə, bu prosesə ehtiyatla və düşünülmüş şəkildə qoşulmalıdır, çünki göstəriş verməklə və təzyiq göstərməklə nəticə əldə etmək mümkün deyil.
O həmçinin bildirib ki, Rusiya havadan atəşkəslə maraqlıdır – məqsəd pilotsuz uçuş aparatlarının dinc əhalinin başına düşməsinin qarşısını almaqdır.
Lukaşenko vurğulayıb ki, o, Prezident Vladimir Putinin Rusiya-Ukrayna danışıqları ilə bağlı mövqeyini tam şəkildə dəstəkləyir. Belarus lideri əlavə edib ki, Belarus hər zaman Rusiya ilə çiyin-çiyinə olub və bu strateji tərəfdaşlıq gələcəkdə də davam edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:112
Bu xəbər 01 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















