Icma.az
close
up
RU
Heç nə əbədi deyil: Niyə təyyarədaşıyıcıları xidmət müddətindən artıq işlədilə bilmir?

Heç nə əbədi deyil: Niyə təyyarədaşıyıcıları xidmət müddətindən artıq işlədilə bilmir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Təyyarədaşıyıcıları ABŞ Hərbi Dəniz Qüvvələrinin qüruru, gücün simvolu və Amerikanın dünyada güc proyeksiyasının əsas dayanağıdır. Onlar dənizlərin nəzarətindən kiberəməliyyatlara qədər hər cür missiyanı yerinə yetirə bilir və milyardlarla dollar dəyərində olurlar. Lakin hətta bu nəhənglərin də xidmət müddəti var və bu müddət bitdikdən sonra onları istismardan çıxarmaq qaçılmaz olur.

Qaynarinfo "The Aviation Geek Club"a istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Endi Berns iki aviadaşıyıcıda, o cümlədən əfsanəvi "USS Enterprise"da xidmət edib və onların ömrünü uzatmağın praktiki olaraq niyə mümkün olmadığını izah edir.

"Son yerləşdirmələri zamanı ikisi də "Enterprise" olmaqla iki təyyarədaşıyıcının heyətində xidmət etmişəm, bu gəmilər yıpranıb və istifadə üçün yararsız vəziyyətdə idilər. Duzlu suda minlərlə mil üzmək və damından təyyarə atmaq çətin həyat tərzidir. Belə bir gəmi üçün əlli il uzun müddətdir", deyə o, bildirib.

Zabitın sözlərinə görə, gəmilərin bəzi sistemlərini çox böyük xərclər olmadan əvəz etmək və ya modernləşdirmək sadəcə mümkün deyil. Məsələn, on illər əvvəl layihələndirilmiş elektrik sistemləri müasir yüklərə tab gətirə bilmir.

"Nə qədər enerji istehsal etdiyinizin əhəmiyyəti yoxdur, əgər paylanma sistemi artan yükün öhdəsindən gələ bilmirsə", deyə Berns qeyd edib.

Başqa bir problem hissələrin köhnəlməsi və ehtiyat hissələrin olmamasıdır. Köhnə komponent istehsalçıları artıq mövcud olmadıqda, ekipajlar çətin şəraitdə işləmək məcburiyyətində qalırlar.

"Enterprise"da ekipajın uçuş göyərtəsinə qalxması üçün bir lift var idi, amma demək olar ki, həmişə qırılırdı - ehtiyat hissələri tapmaq mümkün deyildi", deyə Berns bildirib.

Məhz buna görə də ABŞ-nin yeni aviadaşıyıcı layihələrində belə səhvlər nəzərə alınıb - eskadrilyaların hazırlıq otaqları indi uçuş göyərtəsinə daha yaxın yerləşdirilib.

"Sadəcə desək, heç nə əbədi deyil - hətta atom aviadaşıyıcıları belə", deyə zabit bildirib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri