Icma.az
close
up
RU
Heç nəyi gözdən qaçırmamalıyıq, böyük faciə baş verə bilər Deputat

Heç nəyi gözdən qaçırmamalıyıq, böyük faciə baş verə bilər Deputat

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

"Təhlükənin böyüyü, kiçiyi olmaz. Azərbaycan terrordan uzaq, daxili sabitliyə sahib ölkədir. Bu, asanlıqla əldə edilməyib. Azərbaycanın sabit ölkələr siyahısında olması ölkə başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Dünən ölkənin informasiya məkanında ən diqqətçəkən xəbər "Əhmədli" metrostansiyası yaxınlığında şübhəli, sahibsiz məktəbli çantasının tapılması və bununla bağlı Fövqaladə Hallar Nazirliyinin (FHN) ciddi tədbir keçirməsi idi. Düzdür, hadisə ilə əlaqədar sosial şəbəkələrdə müxtəlif fikirlər var. Bir qrup insan sual edir ki, kiçik çantaya görə, bu qədər ciddi əməliyyata nə ehtiyac var idi. Ancaq başa düşmək lazımdır ki, təhlükənin böyüyü, kiçiyi olmaz. Mümkün təhlükə ehtimalının yoxlanılması üçün dövlətin ciddi sistemi var. Dünənki hadisə bir daha onu sübut etdi ki, bütün narahatlıq və şübhəli məqamlar dövlət tərəfindən ciddi diqqət də saxlanılır. Baxın, təxribatçı qüvvələr məktəbli çantasından istifadə edib müvafiq qurumların, o cümlədən Azərbaycan dövlətinin hadisəyə reaksiyasını öyrənmək istəyə bilərdi. Reaksiya olmadıqda isə buna oxşar başqa addımlar da atılar ki, bu da insan təlafatı ilə yekunlaşar. Düzdür, metrostansiyanın yaxınlığında aşkar edilən çantadan təhlükəli bir şey çıxmadı. Lakin vətəndaşın təhlükəsizliyi üçün lazım olan bütün tədbirlər operativ şəkildə icra edilir", - deyə deputat söyləyib.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin yaratdığı təhlükəsizlik modeli sayəsində Azərbaycan vətəndaşının həyatı hər zaman diqqət mərkəzində saxlanılır:

"Əməliyyatı keçirən şəxsin həyatını təhlükəyə atması igidlikdir. Xırda məsələdə dövlətin göstərdiyi böyük reaksiyadan qürur duydum. Belə peşəkar vətən övladının olması məni fərəhləndirdi. Həm Azərbaycan vətəndaşı, həm də xaricdə olanlar dövlətin məsələyə nə qədər ciddi yanaşdığını gördü. Qoy, bizim 100 şübhə ehtimalımız səhv çıxsın. Ancaq onlardan birini gözümüzdən qaçırsaq, böyük faciə baş verə bilər. Fəqət, bir daha vurğulamaq istəyirəm ki, vətəndaşlarımızın təhlükəsizliyi əmin əllərdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri