Icma.az
close
up
RU
Heç vaxt bağışlamayacağıq, tarix onları ittiham edəcək

Heç vaxt bağışlamayacağıq, tarix onları ittiham edəcək

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan təkcə torpaqlarımızı işğal etmədi, eyni zamanda bizim mədəni irsimizi də məhv etməklə məşğul oldu. Torpaqlar işğaldan azad edildikdən sonra biz tarixi abidələrin təkcə Azərbaycana deyil, dünya mədəni irsi üçün böyük əhəmiyyət daşıyan binaların məhv edildiyini gördük. Məscidlərimiz, hətta kilsələr belə dağıdılıb”.


Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, Ermənistan işğalçıları bu torpaqlarda özlərini vəhşicəsinə apardılar:
“Vətən müharibəsindən sonra təkcə maddi deyil, eyni zamanda mədəni irs itkimizin də qiymətləndirilməsinə başlandı. Bununla bağlı azərbaycanlı tədqiqatçıların hazırladığı itkilər siyahısı mövcuddur. Bu, tarix üçün və Ermənistan işğalçılarının tarixi baxımdan ittiham olunması üçün olduqca vacibdir. Eyni zamanda bu, gələcək nəsillər üçün də lazımdır ki, 30 illik işğal dövrünün bizə vurduğu zərər bir daha aydın görünsün. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib, xarici qonaqlar məlumatlandırılıb. Təəssüf ki, keçmiş tariximizin bir hissəsi artıq bu itkilərlə bağlı xatırlanacaq. Amma biz bu itkiləri işğalçılara heç zaman bağışlamayacağıq, tarix onları ittiham edəcək. Azərbaycan xalqı isə bu abidələri bərpa etməklə yanaşı, eyni zamanda yeni və dəyərli tarix abidələri yaratmaqda davam edəcəkdir”.
Qeyd edək ki, Azərbaycanın uzun illər işğal altında qalan ərazilərində mədəni irsə qarşı həyata keçirilən dağıntılar təkcə maddi deyil, həm də mənəvi dəyərlərə vurulan ciddi zərbə kimi qiymətləndirilir. Xüsusilə Ağdam rayonu, Füzuli rayonu, Zəngilan rayonu, Kəlbəcər rayonu və Cəbrayıl rayonu kimi bölgələrdə yüzlərlə tarixi-dini abidənin məqsədyönlü şəkildə dağıdıldığı, talan edildiyi və mənimsənildiyi barədə faktlar mövcuddur. 
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri