Heç vaxt evlənməyən kişiyə məhkəmədən boşanma ərizəsi göndərildi
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İzmirdə Bayraklı rayonunda heç vaxt evil olmayan 32 yaşlı Aytuğ Arduçun evinə boşanma ərizəsi göndərilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, heç vaxt evli olmayan Arduç, Adıyaman Gölbaşı 2-ci Mülki Məhkəməsinin öz adına göndərdiyi "Ailə birliyinin təməli sarsıldığı üçün boşanma" ərizəsini görəndə təəccüblənib.
O sonradan bu məktubla bağlı vəkilindən soruşub. Vəkil bildirişdə texniki səhv olduğunu öyrənib.
Arduç: "Heç vaxt evli olmamışam. Kiminlə boşanacağımı da bilmirəm. Vəkilimdən soruşdum və dedi ki, məktubu hazırlayan məmur səhv etmiş ola bilər. Bir sevgilim var, bunu ona necə izah edəcəyimi bilmirəm. Eşidəndə əvvəlcə mənə əsəbiləşdi, hətta mübahisə etdik. Amma indi hər şey yaxşıdır", - deyə bildirib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















