“Heç vaxt görməmişəm ki, hakimlər bizə kömək etsinlər, əksinə…”
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Real”ın qapıçısı Tibo Kurtua “Barselona” prezidenti Joan Laportanın “İspaniya çempionatına “ağ əl”in təsiri var” fikrinə cavab verib. Laporta bu sözləri La Liqanın 9-cu turunda “Jirona” ilə oyundan (2:1) sonra, komandanın baş məşqçisi Hans-Diter Flikin meydandan qovulması barədə suala cavab olaraq söyləmişdi.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, belçikalı qapıçı deyib:
“Laporta belə söyləməli idi. Çünki “Neqreyra işi” fonunda bu cür bəyanatlar verməsi onun üçün əlverişlidir. Mən heç vaxt görməmişəm ki, hakimlər ‘Real’a kömək etsinlər. Əksinə, çox vaxt bunun tərsini hiss etmişəm. Hakimlər də insandır, səhv edə bilərlər. Amma mən onların səhvlərinin bizə xeyir gətirdiyini düşünmürəm”.
Xatırladaq ki, iki il əvvəl “Barselona”nın Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlər etdiyi və bu yolla hakimlərə təsir göstərdiyi iddia olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 21 Oktyabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















