Həcc ziyarətində cərimələnə bilərsiniz Zəvvarlar üçün yeni qayda
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq.
Adalet.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəri Vüsal Cahangirinin bildirdiyinə görə, Azərbaycan zəvvarlarının böyük hissəsini gənclər və orta yaşlı şəxslər təşkil edir. Bu xəstəliklər əsasən yaşlı şəxslərdə müşahidə olunduğundan, yeni tələbin zəvvarların sayına təsir edəcəyi gözlənilmir.
Tələblər orqan çatışmazlığı, ürək və qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, ağır nevroloji, psixi və xroniki xəstəlikləri olan şəxslərə aiddir.
Onun sözlərinə görə, belə xəstəlikləri olan şəxslər əvvəlki illərdə də Həcc ziyarəti üçün müraciət etmirdilər.
Qeyd edək ki, artıq 80-dən çox şəxsin Həcc ziyarəti üçün müraciəti qeydə alınıb. Onların arasında hər hansı tibbi problemi olan şəxs olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Oktyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















