Icma.az
close
up
RU
Həcc ziyarətinə kimlərin getməsi vacindir?

Həcc ziyarətinə kimlərin getməsi vacindir?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Müqəddəs Həcc Ziyarətində kimlərin iştirak etməsi çox vacibdir? 

İslam aləminin  ən mühüm ibadətlərindən biri də Həcc ziyarəti hesab olunur.  Hər il müxtəlif ölkələrdən milyonlarla müsəlman şəxs müqəddəs Məkkəyə axın edir. Ziyarətdə zəvvarlar dini borclarını yerinə yetirmək üçün bir araya gəlirlər.

Azərbaycanda Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub.

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə Modern.az saytına açıqlama verib. 

O bildirib ki, Həcc ziyarəti İslam tarixində müqəddəs və qüdsi bir səyahət sayılır:

"O qədər böyük əhəmiyyətə malikdir ki, onun yerinə yetirilməsi insanı yenidən dünyaya gəlmiş biri kimi mükafatlandırır. Bu İslami ibadətlər içərisində vacib və nadir ibadətlər sırasındadır. Həcc ziyarəti insanı paklaşdırmağa və onu öz fitrətinə, məsumiyyətinə döndərə biləcək gücə malikdir".

Ağa Hacıbəyli deyib ki, Qurani-Kərimin ayələrində Həzrəti İbrahimin sədası ilə bir həccə gedişin başladığını görə bilərik:

"Ona görə, Peyğəmbərlər atası Həzrəti İbrahimin bu dəvəti sonra Qurani-Kərimdə Rəbbimizin bir əmrinə çevrilib. Daha sonra, peyğəmbərimizin şəriətində də həccə insan ömründə bir dəfə gəlmənin vacibliyi buyurulub. 

Bu baxımdan, Həcc ziyarəti insanın özünün, ağlının divarlarını aşaraq, bu dünyanın hüdudlarından keçərək, kainatın sərhədlərini keçib metafizik aləmdəki (Beytul-İzzədə ) mələklər ilə bərabər çiyin-çiyinə bir təvafı bizə xatırladır. Daha sonra, həcc insana axirət aləmindəki duruşunu, davranışını da təlim edir".

Ağa Hacıbəyli söyləyib ki, insanın ömründə bircə dəfə, belə məktəbə gəlməsi və bu cür məfkurədə olması İslam dinində şərt kimi deyilib. Bu baxımdan, dünyanın dörd bir yanından hər hansı bir vasitə ilə həccə gəlmək mümkündürsə, insanlar bunu dəyərləndirsin - deyə, Allah buyurub. Hətta bura “ baba, ata ocağı “ kimi qiymətləndirilib. 

"İmkanı yerində olan, səhhətində problemlər olmayan şəxslərin Həcc ziyarətinə getməsi şərtdir. O ki, qaldı hansısa əməllər qarşılığı, bəzi şəxslərə də həcc savabının yazılmağı. Dində belə fikir var. Məsələn: Allah Qurban bayramı günü qurban kəsilməsini, cümə günü cümə namazının qılınmasını, Ramazanda oruc tutulmasını bizlərdən tələb edir. Hər ibadətin özəl mahiyyəti və çəkisi var. Qədr gecələrində Allah bizdən sabaha qədər böyük ibadətləri tələb etmir. O gecənin, təməlində Allah bizdən bağışlanmağımızı istəyir.  

Əgər bir şəxsin fiziki imkanları ona özünü idarə edə biləcək gücü və şansı verirsə, imkanı özünə və yaxınlarına kifayət qədər bəs edirsə, həmin şəxs nə qədər imkansıza əl tutsa belə, bu onun həcc borcunu ödədiyi anlamına  gəlmir. Dində belə bazarlığa Allah icazə vermir. İnsanlara yardım edilməsi və digər xeyriyyə əməllər bizlərə savab qazanmaq və bağışlanmaq üçün verilir. Bu baxımdan, Həcc ziyarətini zilhiccə ayının ilk 10 günündə yerinə yetirmək lazımdır", - o qeyd edib.

Zərif Sofiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri