Həcc ziyarətinə qeyri qanuni yolla getmək dini hisslərin istismarıdır
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarətinə dair son çağırışı cəmiyyətdə uzun zamandır müşahidə olunan təhlükəli bir tendensiyanı yenidən gündəmə gətirdi: fərdi şəkildə və ya işbaz turizm şirkətləri vasitəsilə Həccə getmək cəhdləri.
Bu cür hallar həm hüquqi, dini, maliyyə, həm də təhlükəsizlik baxımından ciddi risklər doğurur. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yalnız QMİ-ni bu proses üzrə Azərbaycanda səlahiyyətli tərəf kimi tanıyır. Turizm vizası ilə Həccə getmək qanunsuz sayılır, nəticədə zəvvarlar həbs, deportasiya, cərimə və gələcəkdə “qara siyahıya düşmə” riski ilə üzləşirlər.
Ən pisi odur ki, bu prosesdə dini həssaslıq istismar olunur. Qeyri-rəsmi şirkətlər “ucuz paketlər” adı altında insanların həm maddi vəsaitini alır, həm də onları ciddi hüquqi və mənəvi problemlərlə üz-üzə qoyur. Bu şirkətlərə qarşı hüquqi tədbirlərin görülməsi sadəcə profilaktik deyil, həm də ictimai təhlükəsizliyin təminatıdır.
Dini ibadət ticarət predmeti ola bilməz. Zəvvarlar yalnız dövlət zəmanəti ilə rəsmi qurumlar vasitəsilə Həccə getməlidir. Əks təqdirdə bu, nə ibadət, nə də inam – sadəcə təhlükəli bir macəra və sui-istifadə aktıdır.
Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Aprel 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















