Icma.az
close
up
RU
Həcc ziyarətinin qiyməti artırıldı: Səbəb nədir?

Həcc ziyarətinin qiyməti artırıldı: Səbəb nədir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Həcc ziyarətinin qiyməti ötən illə müqayisədə bu il daha yüksəkdir. Belə ki, 2024-cü ildə həcc ziyarəti üçün paketin qiyməti 5 850 ABŞ dolları, bu il isə 5 950 ABŞ dolları müəyyənləşdirilib.

Bunun səbəbləri barədə Oxu.Az-ın sualını cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, həcc ziyarəti üçün paketin məbləği Səudiyyə Ərəbistanındakı qiymətlərə uyğunlaşdırılaraq təyin edilir:

"Biz çox çalışdıq ki, keçənilki qiyməti saxlayaq, lakin heç cür alınmadı. Səudiyyə Ərəbistanında hər şey bahalaşıb. Buna baxmayaraq, biz ötənilki qiyməti saxlamaq istədik. Amma bu halda xidmətin keyfiyyəti aşağı olacaqdı. Bu da bizim zəvvarlar üçün uyğun deyil. Azərbaycanlı zəvvarlar hər zaman yaxşı şərait, təminat istəyirlər. Qiymətləri xidmətə uyğunlaşdırmaqla aşağı salası olsaq, narazılıq yaranacaqdı".

O bildirib ki, həcc ziyarəti paketinə komfortlu təyyarə ilə səyahət, Səudiyyə Ərəbistanında transfer xidmətləri, həcc dövründə ziyarət olunan yerlərə komfortlu avtobuslarla çatdırılma, Məkkə, Mədinədə hoteldə qalma və qidalanma kimi bir çox xidmətlər daxildir:

"Eyni zamanda, zəvvarlarımızı ziyarətdə müşayiət etməsi üçün rəhbərlər təyin edirik, ehram paltarları, vəsaitlərlə təmin edirik. Ziyarət paketinə 21 gün ərzində çox sayda xidmət daxildir".

Həcc ziyarətinin qonşu ölkələrdə daha ucuz qiymətə həyata keçirilməsi məsələsinə toxunan Vüsal Cahangiri bildirib ki, qiymət xidmətə görə dəyişir:

"Azərbaycanlı zəvvarlar daha yaxşı xidmət istəyirlər. Ola bilsin, daha ucuz qiymətə ziyarət təşkil edən ölkələr var, lakin onların zəvvarlar üçün yaratdığı şəraitlə bizim təşkil etdiyimiz xidmətlərin keyfiyyəti eyni deyil. Zəvvarlarımız çox səliqəli və rahat hotellərdə qalırlar. Biz postsovet ölkələri ilə müqayisədə də çox yaxşı xidmət göstəririk".

"Biz həcc ziyarətinin təşkili missiyasını həyata keçiririk. İnsanlar bunu istəyirlər və xidməti də, qiyməti də ona uyğunlaşdırırıq. Xidmətimizdən narazılıq edən yoxdur. Nədəsə məmnun qalmayanlar da çox vaxt yerli şirkətlərin göstərdiyi xidmətlərdən narazılıq edirlər", - deyə Vüsal Cahangiri bildirib.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri