Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Həccə getməzdən əvvəl bu kitabı oxuyun! Allahı sevməyin 56 cı dərəcəsi

Həccə getməzdən əvvəl bu kitabı oxuyun! Allahı sevməyin 56 cı dərəcəsi

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Günel İmranın Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" kitabı haqqında yazısını təqdim edir.

Ümrə səfərimdən yeddi ay keçib... Kəbədən qayıtdığım gündən bəri bu ziyarətim haqda yazmaq istəmişəm. Lakin hər dəfəsində kompüterimdəki "Ümrə" faylını açanda yazmaq üçün sözlər kifayət etmirdi. Elə yazılar var ki, öz zamanını gözləyir.

Bir neçə gün əvvəl kitab alarkən, yeni nəşr olunmuşlar arasında Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" adlı kitabını görəndə onu dərhal oxumaq istədim. Mirmehdi Ağaoğlu nəsrimizin istedadlı yazıçılarından biridir. Kitabın ilk səhifəsini oxuyanda artıq öz ziyarət günlərim gözümün önündə canlandı, bu yolu onunla birlikdə yenidən addım-addım qət etdim. Həcc və Ümrə ziyarətinə hazırlaşırsınızsa, "Həcc gündəliyi" kitabı sizə çox gözəl bələdçi olacaqdır. Əgər artıq bu ziyarətə gedib qayıtmısınızsa, oxuyarkən o yerlərə, o günlərə bir daha dönəcəksiniz. Bu kitab sizin həqiqi yol yoldaşınız olacaq.

Ümrə səfərinə getmək qərarına gəldikdən sonra qəlbimi fərqli bir həyəcan bürümüşdü. Hələ gedib görməsəm də, Allahın evi üçün çox darıxırdım. Kəbə ilə ilk görüşümüzü xəyal edəndə gözlərim yaşarırdı. Eyni zamanda, bu müqəddəs səfərə hazırlaşarkən beynimi saysız suallar məşğul edirdi. Həmin günlərdə onlarla Ümrə videosuna baxdım, materiallar oxudum, tanışlarımla ziyarətləri barədə uzun-uzadı söhbətlər etdim. O vaxtlar "Həcc gündəliyi" kimi bir kitabı oxumağı çox istəyərdim.

Kitabın müəllifi Mirmehdi Ağaoğlunun yaradıcılığında Quran motivləri əsasında yazdığı əsərlər xüsusi yer tutur. O, əsərlərində qədim mətnlərə postmodern yanaşma ilə toxunur və bu mətnlər çağdaş insanın düşüncə dünyasına nüfuz edir. Mirmehdi Ağaoğlu yaradıcılığında yaradılış, inam, şübhə və nəfs kimi mövzular mərkəzi yer tutur. O, bu mövzular vasitəsilə oxucunu varlıq və yaradılış barədə düşünməyə, öz-özünə sual verməyə sövq edir. Müəllifin əsərlərindəki obrazlar, hadisələr insanın daxilində baş verən mənəvi mübarizə - inamla tərəddüd, imanla nəfs arasında get-gəlləri əks etdirir.

Yazıçının "Nuhun xarratı" əsərinin baş qəhrəmanı təkgöz Memeso, inamla tərəddüd arasında qalan, imanına şübhə edən bir insan obrazıdır. Onun nəfsinə uyması və peyğəmbərin xəbərdarlıqlarına etinasız yanaşması, nəticədə ailəsinin fəlakəti ilə nəticələnir. Müəllif bu obraz vasitəsilə inamın sınağını, şübhənin və nəfsin doğurduğu faciəni dərindən göstərir.

Ömrümdə belə isti görməmişəm...

"Həcc gündəliyi" kitabının üz qabığında yazılmış "Allahı sevməyin 56-cı dərəcəsi" ifadəsi məndə sual qarışıq maraq oyatmışdı. İlk baxışda bu ifadə metaforik bir bənzətmə kimi görünür. Ancaq kitabı oxuyanda məlum oldu ki, bu ifadə eyni zamanda müəllifin Həcc ziyarətində olduğu o günlərində Məkkədə havanın temperaturunda rekord hədd 56 dərəcə istilik qeyd alınıb. Burada müəllif bir zəvvarın Allah sevgisinin "sınağını" ifadə edir. İnsanın 56 dərəcə isti havaya fiziki dözümlülüyü onun Allaha sevgisinin və imanın gücünü simvolizə edir.

Kəbə evini ilk dəfə görəndə hansı hissləri keçirdim? İzahı çətindir... Cavab verə bilmirəm... Bu sətirləri yazarkən belə o an yaşadığım duyğuları təsvir etməyı çalışıram, yenə heç nəyə bənzədə bilmirəm.

Kəbə evini ilk gördüyümdə yazıçının yazdığı cümlələrin eynisini hiss etmişəm. Sətirlərdə o anı xatırlayıram. Elə bil zaman dayanmışdı. Donub qalmışdım. Həmin anın möhtəşəmliyini sözlə təsvir etməkdə acizəm. Yazıçı bu səmimi duyuğularını oxucu ilə bölüşərək hər bir zəvvarın keçirdiyi hissləri çatdırıb.

Burda olacağım iki həftə ərzində o qədər çox insan görəcəm ki... Ömrüm boyu görmədiyim qədər... Həyatda tanıdığım nə qədər insan varsa, hamısının oxşarı qarşıma çıxacaq...

Bu cümlələri oxuyarkən sözlərin təsirinə qapıldım. Sufilərə görə, tanıdığın insanlara bənzəyən simalar -əslində, ilahi gözəlliyin müxtəlif təcəssümüdür. İnsan həyat yolunda qarşılaşdığı hər kəsdə özündən bir parça, Allahdan bir işarə görür. Bu səbəbdən müəllifin "hamısının oxşarı qarşıma çıxacaq" ifadəsi, varlığın birliyini dərk edən sufinin halını xatırladır. Bunun ən bariz nümunəsini isə Həcc ziyarətində görmək mümkündür. Dünyanın müxtəlif yerlərindən gələn, dilləri, irqləri, mədəniyyətləri fərqli olan milyonlarla insan eyni məqsədlə, eyni niyyətlə Kəbəyə üz tutur. Onların hər birin fərqli həyat hekayəsi, taleyi olsa da, eyni mənəvi yolda birləşirlər.

Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" əsəri bədii-publisistik kitab olmaqla yanaşı, müəllifin şəxsi mənəvi təcrübəsini oxucusu ilə bölüşdüyü avtobioqrafik əsərdir. Gündəlik janrında əsər-bədii ədəbiyyatın özünəməxsus və fərdi təcrübəyə əsaslanan formalarından biridir. Mirmehdi Ağaoğlu keçirdiyi duyğuları, müşahidələrini və düşüncələrini məkan və zaman ardıcıllığı ilə oxucuya təqdim edir. Bu gündəlik sözlə çəkilmiş şəkildir. Yazıçı Həcc ziyarətində gördüklərini və hisslərini yazı dili ilə yüksək peşəkarlıqla bir fotoqraf kimi kitabda əbədiləşirdirməyi bacarıb.

Nimdaş geyimli yaşlı bir qadın ayağını çəkə-çəkə yeriyir. Onun axsaq ayağındakı qətiyyət çox adamın qəlbində yoxdur. Bu qadın həqiqi inam nümunəsidir.

Müəllif, Həcc zaman qarşılaşdığı və tanış olduğu insanları yüksək müşahidə qabiliyyəti və bədii ustalıqla oxucuya təqdim edir. O, insanların zahiri görkəmini deyil, həm də onların daxili dünyasını, Həcc səfəri boyunca yaşadıqları mənəvi dəyişiklikləri də oxucu ilə bölüşür. Bu insanlar müəllif üçün sadəcə zəvvar deyil, imanın, əzmin, inamın təcəssümüdür.

Oralar üçün darıxırdım. Elə darıxırdım, elə darıxırdım... mənə elə gəlir, insan dünyada heç kəs üçün elə darıxmır. Bu darıxmaq həmişəlik mənimlə qalacaq!

Kitabın son səhifəsində yazılan bu cümlələr mənə o qədər tanış, doğmadır ki... Mirmehdi Ağaoğlunun bu cümlələri hər bir zəvvarın qəlbinin səsidir. Kəbəni bir dəfə görən insanın qəlbində o müqəddəs məkan üçün əbədi darıxmaq hissi yaşayır. Mən də Kəbə üçün üçün darıxıram...

525.az

"Harri Potter"in heyəti açıqlanır: Voldemortu kim oynayacaq? Pəncərə - Natiq Rəsulzadənin hekayəsi "Türk özünü qorumur, Tanrı türkü qorusun!" - Fikrət Sadıq haqqında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri