Icma.az
close
up
RU
Həcər Heydəri “Macallan Rasim lə yayılan VİDEONU NİYƏ SİLDİRİR? DETALLAR

Həcər Heydəri “Macallan Rasim lə yayılan VİDEONU NİYƏ SİLDİRİR? DETALLAR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Həcər Heydəri ilə bağlı sosial şəbəkələrdə yayılan və sonradan müxtəlif media resurslarında işıqlandırılan videonun müəllifinin Jalə Ələsgərova olması məsələyə fərqli prizmadan yanaşmağı zəruri edir.

Bakıvaxtı.az olaraq həmin videonu biz hazırlamamışıq, görüntülərin müəllifi olmamışıq və videoda səsləndirilən fikirlərin məsuliyyətini daşımırıq. Biz sadəcə sosial şəbəkədə yayılan və ictimai maraq doğuran materialı xəbər formatında təqdim etmişik.

Lakin bundan problem yaranıb...

Belə ki, videonu hazırlayan Jalə Ələsgərova həmin videonun yayılmasına görə onu paylaşan Bakıvaxtı.az-ın "Instagram" səhifəsini şikayət edib. 

Jalə Ələsgərovanın narazı qalmaq, öz hazırladığı materialın necə təqdim olunması ilə bağlı mövqeyini bildirmək hüququ var. Ancaq burada məntiqi bir sual ortaya çıxır: Əgər video ictimaiyyətə təqdim olunmaq üçün hazırlanıb və sosial şəbəkədə yayımlanıbsa, onun mediada xəbər kimi işıqlandırılmasına görə media səhifəsinin hədəfə alınması nə dərəcədə doğrudur?

Daha açıq desək, materialı özün hazırlayırsansa, onu ictimaiyyətə təqdim edirsənsə, daha sonra həmin materialın mediada yayılmasına görə media səhifəsindən şikayət etməyin nə dərəcədə məntiqlidir?

Əgər problem videonun hansısa hissəsinin təqdimatındadırsa, bunu media qurumuna bildirmək, düzəliş tələb etmək və qarşı tərəfin mövqeyini təqdim etmək mümkündür.

Əgər problem videonun yayılmasındadırsa, o zaman ilk növbədə materialın ilkin yayımının hansı məqsədlə həyata keçirildiyi sual doğurur.

Bizim üçün əsas məsələ qərəzli yanaşmadır

Burada söhbət yalnız Bakıvaxtı.az-ın "Instagram" səhifəsinə edilən şikayətdən getmir. Ümumilikdə sosial şəbəkələrdə və mediada həmin video ilə bağlı materialların yayılmasından sonra mediaya qarşı sərgilənən münasibətdə qərəzli və seçici yanaşma görüntüsü yaranır.

Bakıvaxtı.az olaraq heç bir şəxsin etiraz bildirmək hüququnu mübahisələndirmirik. Lakin media qurumunun öz işini görməsinə şəxsi münasibətlərin təsir göstərməsi qəbuledilməzdir. Xüsusilə də söhbət özün hazırladığın videonun media tərəfindən yayılmasından gedirsə. Media resursu videonun müəllifi, jurnalist həmin görüntüləri çəkən şəxs deyil. Media qurumu sadəcə cəmiyyətin diqqətində olan materialı xəbər dövriyyəsinə daxil edib.

Jalə Ələsgərovanın səhvi məhz budur

Onun əsas səhvi videonun müəllifi ilə media resursunun funksiyasını eyniləşdirməsidir. Videonu hazırlamaq başqa, həmin videonu xəbər kimi yayımlamaq isə tamam başqa məsələdir. Əgər hazırladığınız materialı sosial şəbəkədə yayımlayırsınızsa, onun ictimaiyyətin diqqətinə çatacağını və başqa səhifələr tərəfindən paylaşılacağını nəzərə almaq lazımdır. Sonradan həmin materialı yayımlayan media səhifəsini hədəfə almaq isə ən azı ciddi suallar yaradır. Üstəlik, Bakıvaxtı.az həmin videoya özündən hər hansı məzmun əlavə etməyib və videonun müəllifi kimi çıxış etməyib. Odur ki, videoya görə media resursunun məsul tutulması cəhdi bizə görə əsassızdır.

Bakıvaxtı.az olaraq hər zaman qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Əgər Həcər Heydərinin və ya Jalə Ələsgərovanın yayımladığımız materialla bağlı iradı varsa, həmin iradı açıq şəkildə bildirə bilərlər. Faktiki səhv varsa, düzəldilməsi mümkündür. Qarşı tərəfin mövqeyi varsa, yayımlana bilər. Amma media qurumuna sosial şəbəkə şikayətləri ilə təsir göstərmək və ya onun fəaliyyətinə mane olmaq tamam başqa məsələdir.

Bizim mövqeyimiz dəyişməzdir: ictimai maraq doğuran materiallar qanun və jurnalistikanın prinsipləri çərçivəsində işıqlandırılacaq.

Sonda isə Jalə Ələsgərovaya sadə bir sual ünvanlayırıq:

Videonu siz hazırlamısınız, onu sosial şəbəkədə siz yayımlamısınız və həmin materialın yayılmasına görə media səhifəsini şikayət etmisiniz. Bəs problem videonun mediada yayımlanmasındadırsa, həmin videonu ictimaiyyətə təqdim etməkdə məqsəd nə olub?

Bu suala veriləcək cavab məsələnin mahiyyətini daha aydın göstərəcək.

Ardı var...

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri