Həddindən artıq istilər səbəbindən Parisdə 100 dən çox ölüm faktı qeydə alınıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Fransanın paytaxtı Parisdə dünən həddindən artıq istilər səbəbindən 109 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu rəqəmə yalnız evlərində və ictimai yerlərdə ölənlər daxildir, qocalar evlərində və xəstəxanalarda ölüm halları daxil deyil.
Həddindən artıq isti havanın hökm sürdüyü Parisdə xəstəxanalar "təcili yardım planı"nı aktivləşdirib. Fransada fövqəladə hallar zamanı səhiyyə müəssisələrində aktivləşdirilən bu plana məzuniyyətdə olan işçilərin iş yerinə çağırılması, çarpayı tutumunun artırılması və təcili olmayan əməliyyatların təxirə salınması kimi addımlar daxildir.
Paris və ətraf ərazilər də daxil olmaqla 37 əyalətdə qırmızı, 48 əyalətdə isə həddindən artıq istilər səbəbindən narıncı həyəcan siqnalı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 İyun 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















