Icma.az
close
up
RU
Həddini aşanların acı aqibəti

Həddini aşanların acı aqibəti

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ən qədim peşələrdən hesab olunan xəbərçiliyin zaman keçdikcə özünün ilkin missiyasından uzaqlaşdığı danılmaz həqiqətdir. Cəmiyyətin informasiya tələbatını ödəmək vəzifəsinə ictimai rəylə manipulyasiya etmək taktikası ilə sırınan müasir kütləvi informasiya vasitələrinin boynuna daha “strateji” məşğuliyyətin qoyulması da günümüzün reallığıdır. “Böyük güclərin” çətiri altında fəaliyyət göstərən media-maqnatların yayımlandığı, müxbir məntəqələri açdıqları coğrafiyada fərqli işlərə baş vurmaları, xüsusi idarələrin tapşıqırlarını yerinə yetirmələri, həddini aşaraq, ayrı-ayrı ölkələrdə yerli hakimiyyətləri dəyişdirmək kimi siyasi təxribatlara baş vurmaları ilə artıq heç kəsi təəccübləndirmək mümkün deyil.

Dediklərimizin “parlaq” nümunəsi göz qabağındadır. Söhbət USAID beynəlxalq yardım agentliyindən, “Amerikanın səsi”, “Azadlıq” radiolarından gedir. Xəbərçilikdən çox uzaq əməlləri ifşa edilərək fəaliyyətlərinə xitam verilmiş bu qurumların on illərlə davam edən zərərli texnologiyaların altını Azərbaycan da çəkməkdədir.

Bu media qurumları yayıma başladıqları dövrdən ərazilərində lövbər saldıqları dövlətlərə qarşı siyasi təzyiq aləti kimi istifadə olunub. Onlar, bir qayda olaraq, yerli hakimiyyətə müxalif qüvvələrin dəstəklənməsi və seçilmiş iqtidara qarşı təzyiqlərin artırılması istiqamətində səy göstəriblər. Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində bu yardım və media qurumlarının dövlətçiliyimizə və xalqımıza qarşı müxtəlif layihələr adı altında kampaniyalar keçirdiklərinin şahidi olduq. Bundan vaxtında duyuq düşən, onların respublikamızda sərbəst yayım, informasiya siyasətinin altından görünən məkrli niyyətlərinin nəticələrini görən hökumət bununla bağlı lazımi addımları atmalı oldu. Vəziyyət o dərəcədə dözülməz həddə çatmışdı ki, belə bir addımı həmin “zəhər” tribunalarını maliyyələşdirən ABŞ-ın özü atmağa məcbur oldu. Beləliklə, Ağ evin yeni administrasiyası USAID beynəlxalq yardım agentliyinin, “Amerikanın səsi”, “Azadlıq” radiolarının fəaliyyətlərinin dayandırılmasına qərar verdi.

Bundan sonra məlum oldu ki, məlum radiostansiyaların xəbərçilikdən kənar “layihələri” təkcə Azərbaycanda deyil, onların yayım orbitindəki ölkələrdə haqlı narazılıqlara səbəb olurmuş. Bunun isə obyektiv və subyektiv, görünən və görünməyən tərəfləri var.

USAID agentliyi, “Amerikanın səsi”, “Azadlıq” radiosu söz azadlığının, insan hüquqlarının müdafiəsi ilə məşğul olduqlarını iddia etsələr də, reallıqda Azərbaycanda bəzi xarici dövlətlərin maraqlarını təmin etməyə çalışırdılar. Onlar cəmiyyətdə gərginlik yaratmaqla dolayısı ilə deyil, birbaşa Ermənistanın mövqeyinə dəstək verirdilər. Necə deyərlər, separatçılığın müasir formasını fəaliyyət prinsipi kimi qəbul etmişdilər. İndi acı aqibətlərini yaşayan bu qurumların əlindən zinhara gəlmiş ölkələrin başağrıları xeyli səngiyib...

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri