Icma.az
close
up
RU
Hədə qorxu gəlmişdi: Hökm oxundu

Hədə qorxu gəlmişdi: Hökm oxundu

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda xaricdə yaşayan bloger Qabil Məmmədov vasitəsilə rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlmək və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qönçə Məmmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Qönçə Məmmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Qönçə Məmmədova daha öncə qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə faizə pul verməkdə ittiham olunub.

İttiham aktında qeyd olunub ki, Qönçə Məmmədova faizə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin "İnstagram" və "Facebook" sosial şəbəkələrindəki şəxsi hesablarında olan fotoları, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək votsapla Qabil Məmmədova göndərib. Qabil Məmmədov "Youtube" internet platformasında Gülayə Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.

Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatlar yayıb. Hətta onu oğurladacağı hədəsi ilə əlavə 4500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Mart 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri