Icma.az
close
up
RU
Hədəf dəyişdi: Bayraq sancmaq deyil, məskunlaşmaq...

Hədəf dəyişdi: Bayraq sancmaq deyil, məskunlaşmaq...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aydan ayrılmadan əvvəl son addımlarını atarkən "Apollo 17”nin komandanı Cin Sernan təsirli vida sözləri demişdi: "Gəldiyimiz kimi gedirik və Tanrının izni ilə bütün bəşəriyyət üçün sülh və ümidlə geri qayıdacağıq". Lakin reallıq fərqli oldu.

Qaynarinfo xəbər verir ki, tarix 14 dekabr 1972-ci il idi və Cin Sernan planlaşdırılan "Apollo 18”, "Apollo 19” və "Apollo 20” missiyalarının artıq ləğv edildiyini bildiyi üçün Ayda qoyduğu izlərin bir müddət son insan izləri olacağını anlayırdı. Ancaq o, çıxışının 50 ildən artıq müddət ərzində Ayda insan tərəfindən deyilən son sözlər kimi tarixə düşəcəyini ehtimal etmirdi.

NASA-nın son sınaq gecikmələrindən sonra mart ayında buraxılışa hazırlaşdığı "Artemis II” missiyası Ay səthinə enməyəcək, onun yaxınlığından keçəcək. Bununla belə, bu uçuş "Apollo 17”dən bəri bəşəriyyətin Ay yaxınlığına ilk səfəri olacaq.


1972-ci il: Cin Sernan Ay Kəşfiyyat Orbiterini idarə edir

NASA-nın "Artemis” proqramı ilə Aya qayıdış hazırlıqları davam edərkən əsas sual hələ də aktualdır: Aya geri dönmək niyə bu qədər uzun çəkdi?

Mütəxəssislərin fikrincə, gecikmənin arxasında bir neçə əsas səbəb dayanır.

Siyasi iradə çatışmazlığı və dəyişən prezidentlər

Smithsonian Milli Hava və Kosmos Muzeyinin kuratoru Tizel Muir-Harmoni bildirir ki, ən qısa cavab siyasi iradənin olmamasıdır. Aya insan göndərmək böyük maliyyə və uzunmüddətli öhdəlik tələb edir. ABŞ-də isə hər 4 və ya 8 ildən bir dəyişən prezident administrasiyaları NASA-nın prioritetlərini tez-tez dəyişib.

Prezidentlərin dəyişən hədəfləri belə olub:

* Corc H. V. Buş (1990): "Aya qayıdaq” dedi.

* Bill Klinton (1993): Proqramı ləğv etdi, diqqəti Beynəlxalq Kosmik Stansiyaya (ISS) yönəltdi.

* Corc V. Buş (2001): "Constellation” layihəsini başladaraq Ayı yenidən hədəf seçdi.

* Barak Obama: Diqqəti asteroidlərə yönəltdi.

* Donald Tramp: Hədəfi yenidən Ay ("Artemis”) olaraq müəyyənləşdirdi.

* Co Bayden: Sələfinin proqramını dəyişmədən davam etdirən ilk prezident oldu.

Texniki çətinliklər: "Apollo”nu sadəcə yenidən qurmaq mümkün deyil

Siyasi maneələrdən əlavə, Ay missiyaları ciddi texniki çətinliklər də yaradır. Yer kürəsinin təbii peyki təxminən 400 min kilometr məsafədə yerləşir və Ay eniş cəhdlərinin yarıdan çoxu uğursuzluqla nəticələnib.

Tamamlanması təxminən 20 il və 50 milyard dollardan artıq vəsait tələb edən raket və kosmik gəmidən istifadə edən "Artemis” proqramı bu istiqamətdə ən yeni və ümidverici təşəbbüs hesab olunur.

Bir çoxları müasir smartfonların "Apollo” kompüterlərindən minlərlə dəfə güclü olduğunu deyərək "Bəs niyə hələ də gedə bilmirik?” sualını verir. Lakin məsələ təkcə prosessor gücü deyil.

1960-cı illərdə "Apollo” avadanlıqlarını istehsal edən zavodlar, qəliblər və ixtisaslı texniki heyət artıq mövcud deyil. Hər şey müasir təhlükəsizlik standartlarına uyğun şəkildə sıfırdan hazırlanmalıdır.

Soyuq müharibə dövründə risklər daha asan qəbul edilirdi. "Challenger” və "Columbia” faciələrindən sonra isə "NASA” insan həyatını qorumaq üçün daha sərt və daha bahalı təhlükəsizlik protokolları tətbiq edir.

"Challenger” faciəsi 28 yanvar 1986-cı ildə Florida ştatının Keyp Kanaveral kosmodromundan buraxılışdan qısa müddət sonra baş verdi və yeddi astronavt həyatını itirdi. "Columbia” faciəsi isə 1 fevral 2003-cü ildə Florida ştatındakı Kennedi Kosmik Mərkəzinə enişə dəqiqələr qalmış kosmik gəminin parçalanması nəticəsində baş verdi və yenə yeddi astronavtın ölümü ilə nəticələndi.

Hədəf dəyişdi: "Bayraq sancmaq” deyil, "məskunlaşmaq”

"Apollo” proqramı əsasən "bayraq sancmaq və iz qoymaq” yarışı idi. "Artemis” isə daha iddialı məqsəd daşıyır: Ayda daimi insan mövcudluğu yaratmaq.

NASA-da 30 ildən artıq baş texnoloq kimi çalışmış Les Conson bildirib ki, hazırlanmaqda olan eniş aparatları bir gündən daha uzun müddət qalmaq üçün nəzərdə tutulur. Onun sözlərinə görə, bu aparatlar gələcəkdə Ayda yaşayış məkanları yaradacaq daha böyük sistemin bir hissəsi olacaq. O əlavə edib ki, "Artemis II”nin qarşıdakı uçuşu "Apollo 8”i xatırlatsa da, proqramın sonrakı mərhələləri əhəmiyyətli dərəcədə fərqlənəcək.


Kommersiya sektorunun yüksəlişi və yeni kosmik yarış

Əvvəllər yalnız dövlət büdcəsi hesabına həyata keçirilən kosmik proqramlar indi "SpaceX” (İlon Mask), "Blue Origin” (Ceff Bezos) və "Boeing” kimi nəhəng şirkətlərin iştirakı ilə yeni mərhələyə keçib. "NASA” artıq təkcə icraçı deyil, həm də özəl sektorun müştərisidir.

"SpaceX” bu tərəfdaşlar arasında ən böyüklərdən biridir. Şirkətin baş icraçı direktoru İlon Mask yaxın vaxtlarda prioriteti insanları Marsa göndərməkdən "Ayda öz-özünə böyüyən şəhər” qurmağa yönəltdiklərini açıqlayıb.

NASA-nın baş tarixçisi Brayan Odom bildirib ki, Aya qayıdış hər zaman bir çox amilin eyni anda bir araya gəlməsindən asılı olub: "Kosmos çox çətindir və bir çox fərqli elementin paralel işləməsini tələb edir. Kommersiya öhdəlikləri, beynəlxalq tərəfdaşlıqlar və hökumət dəstəyi birlikdə bizi bu nöqtəyə gətirdi. Bu, uzun yol idi, lakin geri dönmək həmişə strategiyanın bir hissəsi olub. İndi infrastrukturumuz və tərəfdaşlarımız var və bu, mümkün görünür”.

Geosiyasi təzyiq

"Apollo” proqramı 1961-ci ildə Konqresdə çıxış edən Prezident Con F. Kennedinin onillik bitməmiş Aya insan endirmək hədəfi ilə sürət qazandı. Kennedi orbitə ilk peyk və ilk insan göndərmiş Sovet İttifaqını geridə qoymaq istəyirdi.

ABŞ xüsusilə yeni yaranmış ölkələrdə sovet təsirindən narahat idi və kosmik tədqiqat beynəlxalq nüfuz vasitəsi kimi qiymətləndirilirdi.

1960-cı illərdə Sovet İttifaqının yaratdığı təzyiqin yerini bu gün Çin tutur. Çinin 2030-cu ilə qədər Aya insan endirmək planı ABŞ üzərində geosiyasi təzyiqi artıraraq maliyyə axınını sürətləndirir.

"Artemis” niyə vacibdir?

"Artemis” proqramının əhəmiyyəti təkcə Aya getməkdən ibarət deyil. Məqsəd Ayın qütb bölgələrində su ehtiyatlarını tapmaq, bu sudan raket yanacağı istehsal etmək və nəticədə Marsa insanlı uçuşlar üçün dayaq nöqtəsi yaratmaqdır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Fevral 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see301

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see296

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see248

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see243

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see240

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see238

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see234

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see233

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see226

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see224

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see219

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see214

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see210

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see205

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see201

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see198

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see195

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see192

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see186

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri