Icma.az
close
up
RU
“Hədəf həm sınaq, həm də qələbədir” Ayxan Abbasov

“Hədəf həm sınaq, həm də qələbədir” Ayxan Abbasov

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hədəf həm sınaq, həm də qələbədir” - Ayxan Abbasov

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, mütəxəssis Millətlər Liqasına hazırlıq xarakteri daşıyan bu toplanışın əhəmiyyətindən danışıb və qarşıdakı matçlarda həm bütün oyunçuları sınaqdan keçirmək, həm də qələbə qazanmaq istədiklərini vurğulayıb:

"Bu, Millətlər Liqasının startından əvvəl sonuncu toplanışımızdır. Ağır mövsümdən sonra bir araya gəlmişik. Komandanın böyük həvəslə məşq etməsi məni çox sevindirir. Malta və San-Marino (9 iyun) ilə matçlarda bütün oyunçularımızı yoxlayacağıq. Bu oyunlar ərəfəsində komandada böyük istək var. Yoldaşlıq matçları olmasına baxmayaraq, hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik. Bizi olduqca maraqlı matçlar gözləyir".

QOL.az xəbər verir ki, baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandıraraq rəqib seçimi, start heyəti və bəzi futbolçuların fərdi durumu ilə bağlı məqamlara aydınlıq gətirib:

- Niyə məhz bu komandalar seçildi?

-  Biz matçları burada oynamaq istəyirdik, lakin heç də bütün komandalar bura gəlməyə razı deyildi. Onlar bizi öz meydanlarında qəbul etmək istəyirdilər. Lakin yorucu və uzun səfərlərə görə biz bununla razılaşmadıq. Millətlər Liqasına hazırlaşdığımız üçün oyun tərzi və güc baxımından Litva və Lixtenşteynə yaxın olan rəqibləri seçdik.

- Artıq 11 ildir ki, Maltanı məğlub edə bilmirik. Sabah bu seriyaya son qoyulacaqmı?

- Bəli, əvvəllər onlara məğlub olmuşuq, heç-heçə oynamışıq. Lakin sabah inamlı çıxış edib qalib gəlmək istəyirik. Təbii ki, rəqib də qələbə qazanmağa çalışacaq. Onların güclü komandalarda çıxış edən kifayət qədər yaxşı hücumameyilli futbolçuları var.

- Bu yoldaşlıq matçlarının nəticələri sizin üçün nə dərəcədə önəmlidir?

- Belə oyunlar bizə müəyyən qədər risk etmək imkanı verir. Ancaq harada və kimə qarşı oynamağından asılı olmayaraq, həmişə qalib gəlmək istəyirsən. Bəli, qələbə qazanmaq əsas hədəfimizdir. Lakin nümayiş etdirəcəyimiz oyunun keyfiyyəti də bizim üçün eyni dərəcədə vacib olacaq.

- Sabah Emil Balayevdən başqa daha kimlər əsas heyətdə meydana çıxacaq?

- Hər iki matç üçün fərqli heyətlərimiz olacaq. Sabah Emil əsas qapıçı kimi çıxış edəcək. Start heyətində həmçinin Anton Krivotsyuk, Bədavi Hüseynov, Elvin Bədəlov, Qismət Alıyev, Elvin Cəfərquliyev, Emil Səfərov, Aleksey İsayev, Mahir Əmrəli, Toral Bayramov və Xəyal Əliyev yer alacaq. İkinci oyunda isə tamamilə fərqli bir heyəti meydana buraxacağıq.

- Elvin Cəfərquliyev hazırda nə dərəcədə formadadır?

- Onunla bu barədə söhbət etdik. Çox böyük həvəsi var və böyük futbol üçün həqiqətən darıxıb. İnanıram ki, sentyabr ayınadək Elvin yeni klubunda kifayət qədər oyun praktikası qazanacaq. Biz ümumiyyətlə klubun və futbolçunun daxili işlərinə qarışmırıq, amma inanırıq ki, ona yeni komanda tapması üçün lazımi şərait yaradılacaq. O, bizim üçün çox vacib oyunçudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 İyun 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri