Icma.az
close
up
RU
Hədəfimiz həmişə qələbədir Məmmədov Zaqatala nın 30 faiz hazır olduğunu düşünür

Hədəfimiz həmişə qələbədir Məmmədov Zaqatala nın 30 faiz hazır olduğunu düşünür

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Ötən mövsüm 1-ci Liqadakı mübarizəni 34 xalla 5-ci pillədə başa vuran "Zaqatala" yeni mövsümün hazırlıqlarını davam etdirir. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb həm komandasının çempionata nə dərəcədə hazır saydığını və ilk turda evdə "Cəbrayıl"a qarşı keçirəcəkləri matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Komandanın çempionata 30 faiz hazır olduğunu düşünürəm. Çox gec yığışdıq. Klubun potensial sponsorlarla apardığı danışıqlara görə ləngidik. Müəyyən maliyyə problemləri var idi. Komanda vaxtında komplektləşmədi. Biri gəlirdi, digəri gedirdi. Nəyin necə olacağını bilmirdik. Toplaşandan sonra da daha çox seleksiya xarakterli məşqlərimiz oldu. Baxışa gələnlərlə bağlı qərar vermək lazım idi. Təxminən bir həftədir ki, normal məşq edirik. 

Birinci turda "Cəbrayıl"la oynayacağıq. Hədəfimiz həmişə qələbədir. Maliyyə vəziyyətimizdən, fiziki durumumuzdan, başqa problemlərdən asılı olmayaraq, meydana çıxdıqsa, bütün diqqətimizi qələbəyə yönəldirik. Əlbəttə, evdə oynayacağıq və zaqatalalı azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimiz bizim üçün əlavə ruh, güc mənbəyidir. Öz meydanımızda həmişə yaxşı oyun sərgiləyirik. Söylədiyim kimi, əsas gücümüz də azarkeşlərimizdir. Hesabın necə olacağını zaman göstərəcək. Bizim işimiz qələbəyə köklənmək, tribunalara toplaşan azarkeşləri sevindirməkdir".

Xatırladaq ki, "Zaqatala" - "Cəbrayıl" oyunu sentyabrın 12-də keçiriləcək.

Nihat  

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri