Icma.az
close
up
RU
Hədəfimiz seçmə mərhələdə yaxşı nəticələr qazanmaqdır Rüfət Abbasov

Hədəfimiz seçmə mərhələdə yaxşı nəticələr qazanmaqdır Rüfət Abbasov

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bildiyimiz kimi, U-21 millimiz ötən ay iki yoxlama oyunu keçirib. Belarus (1:3) və Monteneqro (0:0) yığmalarına qarşı nəticələr o qədər ürəkaçan olmasa da, oyunlarda müsbət məqamları da görmək mümkündür. 

Bununla bağlı Azərbaycan U-21 millisinin və "Şamaxı"nın futbolçusu Rüfət Abbasovla danışdıq.

O, əvvəlcə yığmamızın Belarus toplanışını dəyərləndirib: "Bu toplanışı yaxşı qiymətləndirirəm. Ayxan Abbasovun U-21 millisinə təyinatından sonra ikinci toplanışımız idi. Məşqçilərin istədiklərini yerinə yetirməyə çalışırdıq. Toplanışı uğurlu saymaq olar. Çünki oyunçular da bir-birini yaxşı tanıdılar". 
Cinah müdafiəçisi bizim ölkənin gənc futbolçuları ilə xaricilərin arasında olan fərqdən danışıb: "Burada hər bir futbolçunun böyümə şəraiti, mentaliteti, düşüncə tərzi fərqli olur. Bu da əslində normaldır. Hər bir ölkə fərqlidir".

R.Abbasov U-21 millisindəki məqsədlərdən də söz açıb: "Əsas məqsədimiz yaxşı oyun göstərməkdir. Həmçinin, özümüzü daha da inkişaf etdirmək, A milli komandaya düşmək istəyirik. Daha bir hədəfimiz isə bir komanda kimi seçmə mərhələdə yaxşı nəticələr qazanmaqdır". 

Rüfət Abbasov Ayxan Abbasovun həm millidə, həm də "Şamaxı"da onun baş məşqçisi olması ilə bağlı da fikirlərini bildirib: "Mən "Şamaxı"ya gələndə əsas səbəblərdən biri Ayxan müəllimin burada olması idi. Ayxan müəllim gənc oyunçulara şans verir, dəstək olur. Onun iş prinsipi haqda hamının kifayət qədər xəbəri, məlumatı var. Tələbkar məşqçidir. Bu da ancaq futbolçuların xeyrinə ola bilər. Həm millidə, həm "Şamaxı"da onunla işləmək mənim üçün böyük üstünlükdür".

20 yaşlı oyunçu "Şamaxı"nın heyətində keçirdiyi təlim-məşq toplanışından və növbəti mövsüm üçün komandanın hədəflərindən də danışıb: "Artıq iyulun 5-dən Qəbələdə təlim-məşq toplanışına başlamışıq. Toplanışın ilkin mərhələsində daha çox fiziki yükləmələr olur. Bu da bizim xeyrimizədir ki, mövsümə yaxşı hazırlaşaq, fiziki cəhətdən dözümlü olaq. Düzdür, istirahətdən sonra bir az ağırdır. Amma yaxşı yerlərə görə mübarizə aparmaq üçün bu mərhələni keçməliyik. Növbəti mövsüm məqsədimiz yaxşı oyun göstərməkdir. Meydanda daha əzmkar oyun göstərmək istəyirik. Hədəfimiz daha çox xal yığıb, turnir cədvəlində daha da yuxarı pillələrdə qərarlaşmaqdır". 

R.Abbasov legioner limitinin ləğvi barədə belə deyib: "Bu qərar haqqında nəsə deməyim düzgün olmaz. Amma mən öz adıma deyə bilərəm ki, bütün gücümlə çalışacağam ki, heyətdəki yerimi qoruyum. Əlimdən gələni edəcəyəm ki, öz oyunumu inkişaf etdirim və baş məşqçinin tapşırıqlarını yerinə yetirim. Çalışacağam ki, məşqçilər heyətinin ümidini doğruldum". 

O, başa çatan mövsümdə öz çıxışı haqda da söz açıb: "Mənim üçün öz oyunumu dəyərləndirmək düzgün olmaz. Baxmayaraq ki, bütün oyunlarda meydanda oldum, çatışmayan cəhətlərim hələ çoxdur. Bunları bilirəm və çalışıram ki, həmin məqamları daha da yaxşılaşdırım".

Sonda gənc müdafiəçi öz karyerasındakı hədəflərindən danışıb: "Əsas məqsədim daim oynamaq və stabil şəkildə çıxış etməkdir. Nəticədə isə istəyirəm ki, hər zaman meydanda olaraq özümü daha da inkişaf etdirim".

Cavad Musayev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri