Icma.az
close
up
RU
Hədəflərimizə çatarkən motivasiyamızı necə itirməyək? AÇIQLAMA

Hədəflərimizə çatarkən motivasiyamızı necə itirməyək? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Psixoloq Valentina Yekimova uzun müddət davam edən məqsədlərə nail olarkən motivasiyanı qorumağın əsas yollarını açıqlayıb. Onun sözlərinə görə, kiçik nailiyyətlərə görə özünü mükafatlandırmaq insanın məqsədə doğru irəliləməsində motivasiyanı əhəmiyyətli dərəcədə artırır.

Redaktor.az xəbər verir ki, bu barədə psixoloq “gazeta.ru”ya açıqlama verib.

O bildirib ki, uğurlu nəticə əldə etmək üçün insan son məqsədi daim diqqətdə saxlamalıdır. Məhz bu, fəaliyyətin düzgün planlaşdırılmasına və yoldan yayınmamağa kömək edir. Lakin hədəfə gedən yolda müxtəlif maneələr yarandığı üçün əlavə motivasiya resurslarına ehtiyac duyula bilər.

Psixoloqun sözlərinə görə, motivasiyanı qorumağın əsas yollarından biri diqqəti nəticəyə deyil, prosesə yönəltmək, onu mərhələlərə bölmək və hər mərhələnin uğurla tamamlanmasını qiymətləndirməkdir. Eyni zamanda fəaliyyət üçün əlverişli şəraitin yaradılması da böyük əhəmiyyət daşıyır.

Yekimova bir neçə əsas tövsiyəni də qeyd edib:

"Kiçik uğurları dəyərləndirin və hər bir mərhələni tamamladıqdan sonra özünüzü mükafatlandırın, realist, lakin eyni zamanda çətin və əlçatan hədəflər müəyyən edin ki, bu, məyusluğun və “yanma sindromu”nun qarşısını alsın, böyük tapşırıqları daha xırda və mikro tapşırıqlara bölün, SMART prinsiplərinə uyğun – konkret, ölçülə bilən, əlçatan və vaxtla məhdudlaşdırılmış məqsədlər qoyun".

Psixoloq həmçinin vurğulayıb ki, gündəlik rejimin yenidən nəzərdən keçirilməsi, iş mühitinin optimallaşdırılması, keyfiyyətli yuxu, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və vaxtında istirahət beynin normal fəaliyyəti və motivasiyanın qorunması üçün əsas şərtlərdir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri