Hədəqorxu ilə ailə quran kişi uşağın ondan olmadığını iddia edir: Aliment vermək istəmir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
10 yaşına qədər uşaq evində böyüyən şəxs həyat yoldaşından boşandığı vaxtdan bəri problemlə üz-üzə qalıb.
Belə ki, İslam Piriyev deyir ki, 2012-ci ildə ailə həyatı qurub. İddiasına görə, evləndiyi günün səhərisi həyat yoldaşının səhhətində problem yaranıb və onu xəstəxanaya aparıb. Həkimlər isə ona "təbrik edirik, həyat yoldaşın hamilədir" deyiblər.
Onun sözlərinə görə həyat yoldaşının qohum-əqrəbasının hədə-qorxusundan ehtiyat edib və 1 il evli qalıb, sonra boşanıb. Üstündən illər keçib, 1 il əvvəl isə xəbər tutub ki, ona aliment kəsilib.
Oxuma-yazma bilməyən İslam başına gələnləri də savadsızlığı ilə əlaqələndirir.
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, bu halda şəxs atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.
Ş.Paşayev deyib ki, həmin şəxsin ata olmadığı ekspertiza vasitəsilə müəyyənləşərsə, o zaman indiyədək ödədiyi alimentin aidiyyəti qaydada anadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər.
Daha ətraflı Xəzər TV-nin süjetində:
Hədə-qorxu ilə ailə quran kişi uşağın ondan olmadığını iddia edir: Aliment vermək istəmir
Hədə-qorxu ilə ailə quran kişi uşağın ondan olmadığını iddia edir: Aliment vermək istəmir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Noyabr 2024 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















