Həftənin ilk iş günü hava necə olacaq? KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
Baxış sayı:115
Bu xəbər 18 Oktyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















