Həftəsonu 86 cinayətin açılması təmin olunub
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 17-18-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib
Eyni zamanda, narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Ümumi çəkisi 6,5 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 1 qumbara və 4 tüfəng aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















