Həftəsonu yola çıxanlara polisdən müraciət
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşalara müraciət edib.
Yenisabah.az xəbər verir ki, idarə srücüləri dağlıq və dağətəyi rayonlarında yağışlı hava şəraiti barədə xəbərdarlıq ünvanlayıb:
"Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.
Yol polisi bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir".
Baxış sayı:154
Bu xəbər 03 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















