Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Antalya şəhərində botoks etdirən 16 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü reanimasiyaya alınıb.
AZXEBER.COM xəbər verir ki, xəstələrdə nəfəs darlığı, udma və danışma çətinliyi, əzələ zəifliyi və göz qapaqlarının sallanması müşahidə olunub.
Xəstələrdən biri botoks prosedurunu həkimin deyil, klinikanın katibəsinin həyata keçirdiyini iddia edib. O, prosedurdan bir neçə gün sonra gözünün bağlandığını və udmaqda çətinlik çəkdiyini bildirib.
Həkimlər baş verənlərin səbəbləri arasında mənşəyi məlum olmayan preparatların istifadəsini və prosedurların mütəxəssis olmayan şəxslər tərəfindən aparılmasını göstərirlər.
Mütəxəssislər botoksun yalnız müvafiq səlahiyyətə malik həkimlər tərəfindən, lisenziyalı tibb müəssisələrində tətbiq edilməsinin vacibliyini vurğulayırlar.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Oktyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















